“Rəsmi Moskva azərbaycanlılara silah etibar etmir” - AÇIQLAMA

Əli Oruclu: “Rusiya hakimiyyətinin yürütdüyü bu siyasət azərbaycanlılara qarşı ayrıseçkiliyin, inamsızlığın nəticəsidir”

Dağıstanda yaşayan rusiyalı azərbaycanlıların hələ də hərbi xidmətə çağrılmadığı bildirilir. Siyasi analitiklər hesab edirlər ki, yeni təyin edilmiş prezident Ramazan Abdulatipov da bu istiqamətdə problemi həll etməyəcək. Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə Çar Rusiyası dövründə də müsəlmanlar, xüsusilə də azərbaycanlıların hərbi ximətə getmələrinə yönəlik siyasət yürüdülürdü: "Sovet dövründə də azərbaycanlılar əsasən də tikinti komandalarına xidmətə göndərilirdi, onlara silah etibar edilmirdi. Bu gün də Rusiya hakimiyyətinin yürütdüyü bu siyasət azərbaycanlılara qarşı ayrıseçkiliyin, inamsızlığın nəticəsidir. Eyni zamanda türk millətlərinə qarşı yanaşmanın təzahürüdür. Bununla belə bu Rusiyanın öz daxili siyasətidir, təbii ki, Kremlin bu aqressiv mövqeyi normal qarşılana bilməz" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00