Əkrəm Əyriəsillilər başda olmaqla ermənipərəst dairələr yaxşı bilsinlər...

İlham Məmmədov: “Onlar bu dəfə də öz məkrli, xəyanətkar niyyətlərinə nail ola bilməyəcəklər”

"Azərbaycan müxalifəti, onun radikal qanadı ölkədə baş verən ən xırda hadisədən hər zaman hakimiyyətə qarşı istifadə etməyə çalışır. Amma çox təəssüflər olsun ki, onlar xalq yazıçısı adını daşıyan Əkrəm Əylislinin başdan-ayağacan antiazərbaycan, erməni ruhlu "Daş yuxular" əsəri barədə bir kəlmə olsun belə danışmır, özlərini heç nə olmamış kimi aparırlar".  Bunu deyən millət vəkili İlham Məmmədovun sözlərinə görə,  açıq-aşkar ermənilərin müdafiəsinə, təbliğatına xidmət edən, Azərbaycan xalqına,  qarşı nifrət ruhunda olan bir "əsərə" münasibət bildirməməklə, radikal qüvvələr əslində həmin şəxslə eyni mövqeni bölüşmüş, Azərbaycan xalqına və dövlətinə xəyanət yolunu tutmuş olurlar: "Əsər"in içində bir iblis, şeytan yatır, yazıçının əməllərinə başqa ad vermək mümkün deyil. Ümumiyyətlə, iblislik, iblis xisləti cəmiyyət həyatının taleyüklü məsələlərinin vacibliyi, həll olunması məqamlarında üzə çıxır. Biz dəfələrlə daxildən və xaricdən olan belə iblisləri, iblis xislətliləri çox görmüşük.  Bildiyiniz kimi, 2013-cü il prezident seçkiləri ildir və Azərbaycan xalqı növbəti 5 il müddətinə öz rəhbərini, taleyinin etibar edəcək şəxsi seçməyə hazırlaşır. Ancaq yatıb  yuxularında " daş" görənlər isə növbəti dəfə bu prosesə mane olmaq, Azərbaycanı demokratik inkişaf yolundan, öz bəlli seçimindən sapdırmağa çalışırlar. Sual olunur, bu "əsər"  2007  ci ildə yazılmışdısa, niyə məhz indi ortaya çıxır? Deməli, burada məqsəd bəllidir- ölkədə çaxnaşma, qarşıdurma yaratmaq. Ancaq Əkrəm Əyriəsillilər başda olmaqla, onu hərəkətə gətirən qüvvələr, antiazərbaycançı, ermənipərəst dairələr yaxşı bilsinlər ki, onlar bu dəfə də öz məkrli, xəyanətkar niyyətlərinə nail ola bilməyəcəklər. Onu da bildiyiniz kimi, yatıb yuxuda daşı ancaq şeytanlar görə bilər. Hətta, müqqəddəs İslam dinimizdə şeytana daş atmaq ənənəsi var. Həcc ziyarətinə gedən müsəlmanlar da daim  məhz şeytanı daşlayırlar. Odur ki, biz də həmin "daş yuxularda" Azərbaycana atılan daşı-daşları götürüb, ona atanlara, şeytan ruhlu insanların özlərinə doğru yönəltməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00