Güneydəki soydaşlarımızın problemləri müzakirə edilib
4 Fevral 2013 15:46 SiyasətAzərbaycan Milli İstiqlal Partiyasının qərargahında İsveçdəki Azərbaycan Federasiyasının sədri Səttar Sevigin və Türkiyədə yaşayan güneyli mütəxəssis Arif Kəskin ilə görüş keçirilib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, görüşdə Güney Azərbaycanda gedən proseslər, orada yaşayan soydaşlarımızın hüquqları, milli oyanış hərəkatının vəziyyəti və perspektivi, eləcə də dünyada və regionda cərəyan edən hadisələrin təsiri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Quzey Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar və QHT - lərin Güneydə baş verən hadisələri daim diqqətdə saxlaması, operativ informasiya mübadiləsinin təşkilinin zəruriliyi qeyd olunmuş və bu yöndə əməkdaşlıq imkanları müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00