Rüstəm İbrahimbəyov Putinə çevriliş sözü verib
Kinodramaturq Bakının Xəzər dənizindən balastik raketlərlə vurulmasına razıdır
4 Fevral 2013 14:50 SiyasətKinodramaturq Rüstəm İbrahiməyovun "El" hərəkatını Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) ilə gizli əməkdaşlıq etdiyi barədə məlumatlar yayılıb. Rus kəşfiyyat orqanlarının əməkdaşlarının tez-tez Bakıda olduqları və ziyalılarla görüşdükləri bildirilir. Hətta, "El" hərəkatının RATİ tərəfindən maliyyələşdirildiyi deyilir. Bu çərçivədən baxanda dəqiqdir ki, "El" hərəkatına Azərbaycandan qoşulan siyasi təşkilatların maddi-texniki bazası o qədər də zəngin deyil. RATİ-ni yaradanlar da oliqarxlar və külli-miqdarda pul vəsaitinə sahib olduqlarına görə irəli sürülən iddialar həqiqətə uyğundur. Digər tərəfdən Rüstəm İbrahimbəyov Rusiyada kino sahəsində böyük nailiyyətlər qazanıb, hətta "Oskar" mükafatına layiq görülüb. Adətən R.İbrahimbəyov bu nailiyyətlərinə görə Kremlə "şərəf borcu"nun olduğu qənaətindədir. R.İbrahimbəyov da Kremlin borcundan çıxmaq üşün RF prezidenti Vladimir Putinə Azərbaycanda hakimiyyət çevrilişinə söz verib. Kinorejissor isə Putinin planlarını həyata keçirmək üçün "devirmə ssenarisi"ni bir neçə istiqamətdə həyata keçirməyə çalışır. İbrahimbəyovun ssenarisində rol alan mərkəzi fiqurlardan biri Eldar Namazovdur. Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazovun namizədliyinin irəli sürülməsi isə ictimaiyyətin gözünü pərdələmək üçün örtük rolunu oynayır. Əlbəttə ki, R.İbrahimbəyov və komandası açıq şəkildə bəyan edə bilməzdilər ki, onların əsas namizədi RATİ üzvü Söyün Sadıqovdur. Açıq hərəkət etmək ABŞ, NATO, Aİ və İsrail tərəfindən onların planları pozula bilər. S.Sadıqov Kreml agentidir və tam mənası ilə ziyalıların vahid namizədidir. Məsələdə Müsavat və AXCP-in adlarının hallanması da örtük funksiyasını yerinə yetirir. Ziyalılar bu aldadıcı fənddən istifadə edərək, onların rus kəşfiyyatı ilə əlaqəli işləmədiyini və "El" hərəkatının Azərbaycan daxilindən formalaşdığını bildirmək istəyirlər. Hərəkat Azərbaycanda hakimiyyət çevrilişi edəcəyi təqdirdə AXCP və Müsavata parlamentdə və digər dövlət vəzifələrində mandat yerləri vəd edilib. Prezident seçkilərinədək AXCP və Müsavatın əsas funksiyası mümkün qədər "El" hərəkatı ətrafında Azərbaycan daxilindən böyük kütlə toplamaqdan ibarətdir. Söyün Sadıqov barəsində İsa Qəmbər və Əli Kərimlinin tənqidi fikirlər səsləndirməməsi şübhələri artırır. Müsavat və AXCP arasında olan süni soyuqluq da düşünülmüş şəkildə yaradılıb. Partiyalar arasında olan gərginlik ictimaiyyət arasında fikir dağınıqlığına xidmət edir. İctimai Palata V.Putin məsələyə əl qoyandan sonra öz funksiyasını tamamilə itirdi. Müxalifət isə İP-in parçalanmasına AXCP və Müsavat arasında vahid namizəd məsələsinə görə uzlaşma siyasətinin olmaması donunu geyindirdi. İsa Qəmbərin Lənkəran hadisəsi də "El" hərəkatına hesablanmış siyasi manevr idi. Qeyd etdiyimiz kimi Müsavat və AXCP bütün mümkün variantlardan istifadə edərək insanları hakimiyyətə qarşı qaldırmağa çalışırlar. Rusiyanın kəşfiyyat orqanları artıq Azərbaycana yaxınlaşmağa başlayıblar. Az öncə Dağıstana prezident postuna təyin edilmiş Ramazan Abdulatipov nümunəsi bir çox şeyi ortaya qoydu. RATİ üzvünün Azərbaycanla sərhəd bölgəyə başçı təyin olunmasına Ziyalılar Forumu, AXCP və Müsavat tərəfindən pozitiv reaksiya verildi. Rüstəm İbrahimbəyovun vəd etdiyi xarici qüvvələr isə artıq görünməyə başlayıb. Həmin güclərə RATİ, Rusiyanın xüsusi xidmət orqanları, Şimali Qafqazdakı 62-ci rus ordusu, Xəzər dəniz Hərbi Donanması, Gürcüstandakı baş nazir administrasiyası, İran ETTELAAT-ı və Gümrüdəki 102-ci rus bazası daxildir. Vladimir Putin Azərbaycan hakimiyyətinə hücumun birinci mərhələsində çevriliş cəhdini RATİ ilə reallaşdırmağa çalışacaq, bu plan baş tutmayacağı halda alternativ güclərdən istifadə edəcək. Putinin alternativ ehtiyatlara əl atması daha təhlükəlidir. Hakimiyyətlə Kreml qarşıdrumaya gedəcəyi halda və proseslər geniş əhatə dairəsinə keçəcəyi təqdirdə Moskva Bakını Xəzər dənizindən ballistik raketlərlə vura bilər. Son zamanlarda Rusiyanın Xəzər dənizindəki Hərbi Donanmasınını ən müasir silahlarla komplektləşdirilməsi irəli sürülən iddiaya əsas verir. Hələlik isə Kreml RATİ-nin güclənməsinə və Azərbaycan daxilində formalaşmış qüvvələri təkmilləşdirməyə çalışır. Bu istiqamətdə Putinin göstərişlərinə əsasən Eldar Namazov ictimaiyyətin nəzərində şişirdilir. Politoloq Eldar Namzov isə birlikdə tamam ayrı vəzifəni icra edir. E.Namazov Azərbaycan vətəndaşı olduğundan və prezidentliyə namizədliyini irəli sürmək hüququ olduğuna görə Azərbaycan daxilindəki hakimiyyət əleyhinə proseslərin başda gedəni təyin edilib. Hərəkatın Azərbaycandakı rəsmisi əslində Söyün Sadıqovun və bütün RATİ-nin tapşırıqları üzərindən hərəkət edir. RATİ üzvünün namizəd olmağa hüququ yoxdur, lakin Kremlin bütün maraqlarını təmin edir. S.Sadıqov isə prezident seçkilərinədək proseslərdən kənarda qalmaq imicini formalaşdırmağa çalışacaq. Seçkilərdə Vladimir Putinin maraqları təmin olunmayacağı halda açıq mübarizəyə girişəcək. Eldar Namazov prezident seçiləcəyi halda belə S.Sadıqovun Azərbaycana ayaq açmasına zəmin yaradılacaq. Bundan sonrakı proseslərə Konstitusiyanın dəyişidirlməsi daxildir. Yəni yeni qanunlara əsasən Söyün Sadıqov məqsədli şəkildə Azərbaycanda baş nazir postuna gətiriləcək və faktiki olaraq dövlətin idarəçiliyi Sadıqovun əlində cəmlənəcək. Bu isə Rusiyanın post-sovet məkanındakı ala bilmədiyi qalanın (Azərbaycanın) Kremlin tabeliyinə keçməsi deməkdir.
Dünyada Rusiyanın yeritdiyi siyasəti analiz etmək qədər ikinci sadə məsələ yoxdur. Lakin, Kremlin birmənalı şəkildə açmaq və qəbul etmək istəmədiyi bir fakt var: Azərbaycan Qərbi Avropanın və Aİ-nin əsas enerji bazasıdır. Qərb Rusiyadan olan enerji asılığını Azərbaycanla konpensasiya etməyə çalışdığı bir vaxt Kremlin atdığı bütün addımlar bu faktora görə ABŞ, NATO, Türkiyə, Aİ və İsrailin müzakirə masasına yatırılıb. Yəni sizin anlayacağınız dillə desək Rusiya Azərbaycana görə böyük dünya cəbhəsi ilə qarşı-qarşıya dayanıb. Bu faktor isə Rusiyanın səylərini sıfıra endirir. Həmin güclər isə Rusiyanın iqtisadi, demoqrafik və hərbi bazasını çökdürmək iqtidarındadır. Rusiya Cənubi Qafqazda təhlükəli oyuna girişib və bunun son nəticəsi Rusiyanın bir dövlət kimi parçalanmasına qədər gedəcək.
Mənsur Cəfərli