Samtsxe-Cavaxetiya da Rusiya tərəfindən işğal edilə bilər - MÜNASİBƏT

Elşən Mustafayev: “İvanişvilinin bu cür ideyanı Kremlə təklif etməsi baş nazirlə Rusiya arasında aparılan danışıqların nəticəsidir”

Rusiya Gürcüstana məxsus Samtsxe-Cavaxetiya bölgəsində azad iqtisadi zona yaratmaq istədiyi bildirilir. İdeyanı Kremlə baş nazir Bidzina İvanişvili verib. Mixail Saakaşvili isə ideyanı Rusiyanın məkrli planın əsas tərkib hissəsi adlandırıb. Məsələyə münasibət bildirən AMİP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayevin sözlərinə görə Rusiyanın bu planı iqtisadi cəhətdən Cavaxetiyanı neytrallaşdırmağa yönəlib: "Rusiya Gürcüstana hərbi müdaxilə etməkdən çəkindiyi üçün orada azad iqtisadi zona yaratmaqda maraqlıdır. İvanişvilinin də bu cür addımlar atması Rusiyaya meyilillik istəkləri daha çox qabarır. Cavaxetiyada azad iqtisadi bölgənin yaradılması Rusiyaya yeni pəncərənin açılması deməkdir. Plan baş tutacağı təqdirdə bölgə həm iqtisadi, həm də siyasi cəhətlərdən Gürcüstanın təsir dairəsindən çıxaraq faktiki olaraq Rusiyaya tabe olacaq. İvanişvilinin bu cür ideyanı Kremlə təklif etməsi baş nazirlə Rusiya arasında aparılan danışıqların nəticəsidir. Digər tərəfdən Cavaxetiya Gürcüstan üçün problemli bir ərazidir. Gürcü siyasi analitiklər də deyirlər ki, azərbaycanlıların yaşadıqları ərazilərdə Gürcüstanın dövlət müstəqilliyi üçün heç bir təhlükə yoxdur. Azərbaycan bu cür məsələlərdə çox tolerantdırlar və Gürcüstan dövlətçiliyinə bağlıdırlar. Lakin, Cavaxetiyada yaşayan ermənilərdə separatizm meyilləri daha güclüdür, onlarda mərkəzdənqaçma hissləri zaman-zaman baş qaldırır. Bu faktoru nəzərə alaraq əgər Cavaxetiyada azad iqtisadi bölgə yaradılsa bu Gürcüstana baha başa gələcək" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00