Heç bir partiya öhdəlik götürməyib

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun prezident seçkilərində namizəd olacağı barədə açıqlaması Demokratik Qüvvələrin Məşvərət Məclisi daxilində partiyalar arasındakı birgə əməkdaşlığa heç bir mənfi təsir göstərməyəcək. Belə bir açıqlama ilə çıxış edən Azadlıq Partiyasının sədri Əhməd Oruc "OLAYLAR"-a deyib ki, Məşvərət Məclisində təmsil olunan bir neçə partiya da prezident seçkilərində öz namizədi ilə iştirak edəcəyini bildirib: "Bizim partiyalar arasındakı əməkdaşlığımız seçki mühitinin normallaşdırılması və demokratik seçkilərin keçirilməsinə nail olmağa yönəlib. Heç bir partiya öz üzərinə öhdəlik götürməyib ki, seçkilərdə namizəd irəli sürməyəcək". Əhməd Orucun sözlərinə görə, Məşvərət Məclisi daxilində münasibətlər normaldır və hər bir partiya müttəfiqinin mövqeyinə hörmətlə yanaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00