İranda jurnalistlərə təyziqlər niyə güclənib?

Rejim xalqın üsyan etməsindən qorxduğu üçün, azad mətbuatı susdurur

Elçin Hatəmi

İran adlanan yerdə jurnalistlərə qarşı "İmam Zamanın gizli əsgərləri" adlandırılan ETTELAAT əməkdaşları tərəfindən həyata keçirilən ağır və şiddətli təzyiqlər davam etməkdədi. Yanvarın 26-da etibarən müxtəlif qəzetlərdə və xəbər agentliklərində fəaliyyət göstərən təxminən15 jurnalist ETTELAAT işçiləri əli ilə həbs ediliblər və hal-hazırda Tehranın Evin həbsxanasının 209-cı bölməsində tək nəfərlik kamerada ağır işgəncələr altında sorğulanırlar. 
Üç beynəlxalq hüquq müdafiə təşkilatı: "Beynəlxalq əfv təşkilatı, Human right watch və "Sərhədsiz Reportyorlar" bu haqda ayrı-ayrılıqda bəyanat yayıblar və İran dövlətinin bu əməlini pisləyiblər. "Sərhədsiz Reporyorlar" təşkilatı Bu məsələni İran ali dini lideri Ayətullah Əli Xamneyinin jurnalistlərə qarşı savaşı kimi qimətləndirib. Bu təşkilatlar jurnalistlərin dərhal azad olunmasını İran dövlətindən tələb ediblər.
Bu bəyanatlara baxmayaraq yanvarın 30-da  ETTELAAT jurnalistlərin tutulması barədə öz mövqeyini açıqlayıb. Bəyanatda bildirilir ki, jurnalistlər İngiltərə dövlətinə bağlı olan BBC xəbər və informasiya şəbəkəsi ilə əməkdaşlıq edirmişlər. Bu jurnalistlərin "İslamın və İran millətinin düşməni" olan imperializmin ən mühüm media quruluşları ilə əlaqələri varmış və ölkə təhlükəsizliyinə qarşı fəaliyyət göstərirmişlər. Bu məsələ İmam Zamanın gizli əsgərlərinin aylarca araşdırmasından və təqibindən sonra həyata keçirildi və yaxın günlərdə İran milləti bir çox jurnalistlərin tutulmasının şahidi olacaqdır. 
Nazirlik həmçinin tutulan jurnalistlər haqda bəyanat yayan beynəlxalq təşkilatları saxtakarlıqda suçlayıb və deyib ki, onların əsassız və kütləvi bəyanaları İmam Zaman əsgərlərinin iradəsinə və bu haqda ciddiyyətinə heç bir mənfi təsir göstərə bilməz, onlar allah yolunda öz vəzifələrinə əməl edirlər. 
İranın İslami mədəniyyət və İrşad naziri Məhəmməd Hüseyni isə jurnalistləri qara yaxmaqda və dövlət yetkililəri arasında ixtilafların yer almasına səbəb olmaqda və xalq içində ümidsizlik yaratmaqda ittiham etdi. 
İranda mətbuat orqanları müstəqil fəaliyyət göstərə bilmir. Çünki avtoritar sistem azad və müstəqil bir mətbuatın və jurnalistlərin fəaliyyətinə icazə vermir. Mətbuat orqanlarının əksəriyyəti və demək olar ki, jurnalistlərin və müxbirlərin əksəriyyəti dövlətə bağlıdılar və onun istəklərinin doğrultusunda mətləb nəşr edirlər. Dövlətin hərbi və təhlükəsizlik qüvvələrinin mətbuata və onun əməkdaşlarına qarşı basqılardan və təzyiqlərdən dolayı, kütləvi informasiya vasitələri ölkə daxilində olan gərçəkləri və həqiqətləri əks etdirə bilmirlər və xəbərləri hökumətin məsləhətinə görə dəyişdirib yayırlar. İran hakimiyyəti daima jurnalistlərdən qorxub və mətbuat orqanlarını zorakılıqla öz nəzarəti altına almağa çalışıb. Bu ana qədər hakimiyyətin istəklərinə və əmrinə boyun əyməyən mətbuat orqanlarının fəaliyyətinə son qoyulub və hakimiyyətlə eyni mövqedə olmayan və onunla əməkdaşlıq etməyən jurnalistlər əksəriyyəti və onların ailələri ağır işgəncələrə, təzyiqlərə məruz qalıblar. Hazırda müxalifətdə olan bir çox jurnalistlər "İmam Zaman Əsgərləri" tərəfindən tutulub və bu əsgərlərin əmri ilə məhkəmə onları uzun müddətli həbs cəzasına məhkum edib. Bunun parlaq nümunəsi olaran azərbaycanlı jurnalist Səid Mətinpurdu. Səid Mətinpur saxta ittihamlarla ETTELAAT-ın hakimlərə əmri və göstərişi ilə 8 il müddətində həbs cəzasına məhkum olunub və hazırda Tehrankı  Evin həbsxanasında saxlanılır. 
Bu jurnalistlərin İran inqilabının 34-ci ildönümü günlərində tutulması çox ilginc və diqqət çəkicidi. Hakimiyyət bu günlərdə xalqın ölkə daxilində yaradılan ağır iqtisadi vəziyyətdən dolayı üsyan etməsindən qorxur və hər ehtimala qarşı müstəqil media mənsublarını saxta və yalan ittihamlarla günahlandırıb həbsə atır. İslam hakimiyyəti yarandığı bir gündən siyasi müxaliflərə, ziyalılara və jurnalistlərə qarşı tətbiq etdiyi zorakılıqlara və təzyiqlərə haqq qazandırsın deyə onların fəaliyyətini xarici qüvvələrə bağlayıb və bu yolla yəni yalandan onlara casusluq ittihamını yapışdıraraq ortadan qaldırmağa çalışlb. 
İran dövləti dünyada mətbuatın və jurnalistlərin düşməni olaraq tanınıb. "Sərhədsiz Reportyorlar" təşkilatının yaydığı son hesabatda İran dövləti 179 ölkə içində 174-ci yerdə yer alıb. "İmam Zaman Əsgərləri"nin fəaliyyəti nəticəsində yüzlərlə jurnalist, siyasi və mədəni fəal və ziyalılar rejimin zindanlarında çürüməkdədi. İran dövlətinə və onun qorxucusu olan "İmam Zaman Əsgərləri"nə jurnalistlərin və siyasi fəalların tutub və işgəncə edilməsi kifayət etmir və bununla yanaşı bunların ailələrinidə əziyyət edillər və günahsız ailə üzvlərini də təzyiqlərə məruz qoyurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00