“Müqəddəs ata, sənə Xocalı şəhidinin başını hədiyyə gətirmişəm”
"Özünü dost göstərən açıq düşməndən o qədər qorxmuram, onun nəvazişindən, təbəssümündən qorxuram" Şota Rustaveli
4 Fevral 2013 14:25 SiyasətƏxməq bir hal-qəziyyə gəlib, başıma. Bir neçə gün bundan əqdəm gecəyarı yuxuda ləzzət apardığım vaxt gözümə qəribə vaqeə görsənib. Bir də gördüm ki, erməni kilsəsindəyəm. Əynində uzun, qara libası olan bir keşiş xətakar bir cahilin "günahlarını yuyur". Deyəsən bu keşişin saqqalı hənalı idi. Məşədi İbadın sözü olmasın, heç hənanın yeridir. Bu günahkar kəs ki var, hələm üzünü görməmişdim, erməni keşişə deyirdi ki: "Müqəddəs padre, qoy Tanrının oğlu məni bağışlasın ki, mən Əylis ermənilərini vaxtında düzgün bilməmişəm, bəzi cahil kəslər onları mənə doğru maarifləndirməyiblər". Yazıq bəndə sözü dedikcə gözlərindən süzülən yaş üzündən kilsənin ortasında göl əmələ gətirmişdi. Danışa-danışa elə bir tövr ağlayırdı ki, deyirdin bu dəqiqə ağzı hədəqəsindən çıxıb, içalatı töküləcək yerə. Mağmının bu pəjmürdə halı keşişə o qədər təsir göstərmişdi ki, şərəfməndə olubmuş kimi görkəmi vardı. Nəysə, fəqir sözünü qurtarar-qurtarmaz hücrənin dəliyindən keşişə bir torba uzatdı. Deyəsən içərisində nəsə vardı, girdə şeyə oxşayırdı. Erməni mollası da ona uzadılan kisəni alıb açdı və işərisindən bir çocuq qafası çıxardı. Keşiş bunu görər-görməz xaç çevirib müqəddəs Məryəmin ruhuna salavat gətirdi və ona bu tövr müraciət etdi: "Ara kirvə, bu namana olan şeydı bela?" Pəjmürdə halda cavab verdi ki: "O vaxt bizimkilər Xocalıda azərbaycanlıları qanına qəltan edəndə mən də fürsəti fövtə verməyib kəsilən başlardan birini götürdüm, indi də gətirmişəm ki, dedim, bəlkə Əylis erməniləri barədə günahlarımı bununla yuya bildim! Mən hələ o əyyamda erməniləri Xocalıda tanıdım ki, yaman "qoçaq millət" imiş bu haylar". Keşiş əl işarəsilə ona get deyəndə, "günahları yuyulmuş" xətakar hücrədən çıxdı, üz qoydu evə getməyə. Onda nə görsəm yaxşıdı, sən demə bu cüvəllağı bizim Mirzə Əkrəm imiş. Allah evini yıxsın, məni qınayan! Elə yüyürdüm arxasınca ki, xirtdəyindən yapışam ki: "Xub! Sən hara, bu Ərməniyyə kilsəsi hara?! Nə tövr urcah ediblər səni bura?" Büsbütün olan zadlar da elə bundan sonra başladı. Rəfiqim böyrümdən dümsüyü elə atdı ki, bu il ölmüsən yainki, bildir. Onda gözlərimi açdım ki, başıma gələnlərin hamısı yuxu imiş. Uşaqlar da ayılda bilmədikləri üçün süpürləyib atıblar məni çölə. Əmma, başıma gələn bu vaqeəni uzun zaman kimsəyə danışmadım ki, deyəcəklər ki, yuxu da olsa danışma. Çünki, hamı Mirzə Əkrəmi doğru adam bilir. Mən də papağımı qabağıma qoyub, fikir yürütdüm ki, elə danışmasam yaxşıdır, saçı-saqqalı ağarıb Mirzə Əkrəmin, yuxu olsa belə bu tövr şeylər barəsində sussam yaxşıdır. Bir də ki, ahıl yaşında Mirzə bu cür qələtlərə getməz! Bir neçə vaxt bunu gizlətdim, camaatdan. Əmma, bir gün, bir rəfiqim var, adı da Usuf töşüyə-töşüyə gəlib mənə dedi ki: "Atanın tifağı dağılsın, mərdiməzar. Mirzə Əkrəm bizi biabır elədi, özgə millətlər arasında!" Usufun qolundan yapışıb dedim: "Ay müsəlman, bir saxla görüm, baş götürüb hara götürülmüsən, nə xavardı, nooluf ki?" Dedi: "Atam ölə, anam ölə, al bu qəzetəni, əmma oxuma! Ona görə ki, Mirzə tamam-kamal kələfin ucunu itirib". Qəzetəni aldım, başladım, ordan-burdan mütaliə eləməyə. Mirzə yazırdı: "Mənim nəsil-nəcabətimin damarlarında erməni qanı axmır, əmma nədənsə, içərimdə bir adsız erməni gizləndiyi hissinə aşinayam. Ermənilər naqis millət deyil, pis bizik; Şuşadan rəvan olmuş Şahqacar Ərmağanov mağmın, yetim erməni qarı Qreta Sarkisovanı eyvandan yerə itələyib, gəbərdir və onun mənzilini müsadirə edərək əxlaqsızlıq xanasına döndərir; Azərbaycanlı ana cehizsiz gəldiyinə görə erməni gəlinini evdən didərgin salır; Gəbərdilən ermənilərə görə şam yandırılsa, bu şamların verdiyi işıq ayın işıqlılığından daha parıltılı olardı". Xub! Səni görüm, yurdunda bayquşlar ulasın, bedasıl oğul! Əmma mən yenə də Mirzə Əkrəm barəsində deməyəcəm ki, sən erməni milləti barəsində bir qələt eləmisən, yazmayacam ki, indiyədək sən, camaata riyakarcasına gülümsəmisən, heç bunu da bəyan etməyəcəm ki, sən riyakardan da, əxməq insandan da pis olan ermənilərdən də aşağılıqsan. Utanıram, yaşından, erməni xiffətindən ağarmış saçından. Bax, bunlara hörmət edərək sənə qarşı nasaz ifadə işlətməyəcəm, Mirzə! Əqlimə bir şey gəldi, adına ingilis deyilən bir millət var və onların da Vilson adlı bir mirzəsi yaşayıb, bir vaxtlar. Bu Vilson ermənilər barəsində bu tövr rəvayət edir: "Ermənilər acgöz və tamahkardırlar, fitnəkar və araqarışdırandırlar... heç kəsi bəyənmirlər. Onlar ən xırda bir işi şişirtməkdə istedad sahibidirlər. İntriqa yaratmağı sevirlər". Yainki, rus ədibi Puşkin tövr də deməyəcəm ki, "Sən qorxaqsan, sən köləsən, sən ermənisən!". Mirzə, sən bu millətimi tərif etdin, hələm üstünə azərbaycanlılara qarşı olmazın kəlimələr yaraşdırdın? Çünki, sən də ermənisən, Əkrəm Əylisli! Mirzə, bizim tərəflərdə kiməsə heyvan desən, riyakar desən inciməz, əmma iş erməninin üstünə gələndə dava qanla nəticələnir. Çünki, şəxsiyyətinə, mənliyinə hörmət edən bir kimsə bu adı üzərinə götürməyi özünə alçaqlıq bilir. Sənsə bu qədər adı üzərinə necə götürürsən, mat-məəttəl qalıram! Heyrət!
Mənsur Rəğbətoğlu