Millət vəkili Qənirə Paşayeva bütün Azərbaycan gənclərini Dağlıq Qarabağ münaqişəsi və Xocalı Soyqırımı ilə bağlı 2 müraciəti imzalamağa çağırdı
4 Fevral 2013 13:59 Siyasət"Bildiyiniz kimi ölkəmizin ən ağrılı problemi Dağlıq Qarabağ problemidir və bu məsələnin həll olunması üçün hər birimiz nəyi bacarırıqsa onu etməliyik. Ağ Evin rəsmi veb-səhifəsində bu münaqişə və Xocalı Soyqırımının tanınması məqsədilə Ağ Evin rəsmi açıqlama verməsi üçün azərbaycanlılar tərəfindən 2 müraciət yerləşdirilib və lazımdır ki, hər birimiz cəmi 2-3 dəqiqəmizi sərf etməklə bu müraciətlərə imza verək."
Millət vəkilinin sözlərinə görə, hər iki müraciətin hər biri üçün 100 mindən artıq səs toplanmalıdır, ona görə də gənclər sosial şəbəkələrdə daha fəal olmalı, hər kəsi bu müraciətlərə (petisiyalara) imza verməyə səsləməlidirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00