Türkiyə-İran münasibətlərini adi adamlar pozur - AÇIQLAMA

Zərdüşt Əlizadə: “Əhmədinecad Azərbaycan və Türkiyə haqqında danışanda ehtiyatlı olmağa çalışır”

İranın "Kanal 5" telekanalı türkləri yenə təhqir edib. Televiziyada türklər haqında təhqiramiz ifadələr işlədilib. Türkiyənin "Beşiktaş" futbol klubundan danışan aktyorlardan biri deyib: "Bunlar adam deyil ki...". Başqa aktyor isə cavabında söyləyib ki, "mən onları adam edərəm". Film Güney Azərbaycanda və Türkiyədə böyük etirazlara səbəb olub. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə Türkiyə və İran arasında iqtisadi zəmində münasibətlər kəskinləşib: "Qərb İranı çökdürməyə çalışır, Türkiyə də Qərbin müttəfiqidir. Ona görə də İran həm Qərbə, həm də Türkiyəyə qarşı kəskin bəyanatlar verir. Amma, bunu adi adamlar həyata keçirir, dövlətin adından danışan insanlar edirlər. R.T.Ərdoğan və Mahmud Əhmədinecad çıxış edəndə sözlərinə fikir verməyə çalışırlar. Əhmədinecad İsraili çıxmaq şərtilə başqa dövlətlər haqqında danışanda çox ehtiyatlı danışır. İran hakimiyyəti indiki məqamda da Azərbaycan haqqında nəzakət çərçivəsində münasibət bəsləyir. Bir də ki, İran və Türkiyə arasında olan münasibətlərin müharibə həddinə çatması haqqındakı fikirlər doğru deyil" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00