Əli Həsənov gənclərdən danışdı

Azərbaycan Prezidenti İlham Əliyev idmana, gəncliyə, sağlamlığa, əhval-ruhiyyəyə, gözəlliyə diqqət ayırır. Trend-in məlumatına görə, bunu 2 fevral - Gənclər günü ilə bağlı "Buta Palace" Sarayında keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib."2 fevral - Gənclər gününün təməlini ümummilli liderimiz Heydər Əliyev qoyub. 1997-ci ildə Heydər Əliyevin təsdiq etdiyi gündən başlayaraq hər il Azərbaycanın ən layiqli, Azərbaycan xalqını ölkədə və ölkənin sərhədlərindən kənarda təmsil edən ən istedadlı gəncləri təltif edirik" Həsənov deyib.Azərbaycan gənclərini təbrik edən PA rəsmisi bildirib ki, qoy onlar bu gün Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin onlara yaratdığı şəraitdən istifadə edərək indiki nəsldən də bir baş yuxarı qalxsınlar.
"Qoy Azərbaycan gəncləri bizdən bir neçə addım irəli getsinlər və dövlətimizi, millətimizi layiqincə təmsil etsinlər. Bu zalda toplanan gəncliyə baxanda adam inanır ki, sözün həqiqi mənasında belə də olacaq və bundan sonrakı nəsil dövlətimizi bizdən daha yaxşı təmsil edəcək" Həsənov qeyd edib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00