“İran Türkiyə ilə münasibətləri qırılma nöqtəsinə gətirir” - MÖVQE

Mübariz Göyüşlü: “İran konflikt yaradacağı təqdirdə Türkiyə rəsmi Tehrana cavab vermək məcburiyyətində qalacaq”

İran hakimiyyəti Türkiyə ilə münasibətləri son qırılma nöqtəsinədək inkişaf etdirir. Siyasi analitiklər hesab edirlər ki, İranın Türkiəyə qarşı aqressiv mövqe nümayiş etdirməsi rəsmi Tehrana baha başa gələcək. Məsələyə münasibət bildirən Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Göyüşlünün sözlərinə görə İranın Türkiyə ilə münasibətlərini kəskinləşdirməsinin səbəbi Suriya məsələsinə görədir: "Regionda əsas söz sahiblərindən olan iki müsəlman dövlətinin əlaqələrinin əsasən də İran tərəfindən pozulması mənfi hallar ortaya qoya bilər. Suriya məsələsində iki dövlət arasında fikir ayrılğı olduğuna görə bu cür situasiya yaranıb. Əlaqələrin tez bir zamanda normallaşmasını da gözləmək inandırıcı deyil. Türkiyə ərazisində PATRİOT-ların yerləşdirilməsi və bununla bağlı Mahmud Əhmədinejadın kəskin bəyanatları optimist olmağa imkan vermir. Lakin, bu münasibətlər İran və Türkiyə arasında müharibəyə çevrilməyəcək. Çünki, Türkiyə İranla bağlı daha yumşaq addımlar atacaq. İran konfilikt yaradacağı təqdirdə Türkiyə rəsmi Tehrana cavab vermək məcburiyyətində qalacaq" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00