Eynulla Fətullayev Almaniya səfirini boğaza yığıb

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, "İnsan Haqları Uğrunda" İctimai Birliyin sədri Eynulla Fətullayevin Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle ilə münasibətlər son dərəcə kəskinləşib. E.Fətullayev Almaniyada insan hüquqlarının pozulması ilə bağlı hesabat açıqladıqdan sonra keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Almaniya XİN-i hesabatın təqdimatı ilə bağlı Brüsseldə keçirilən tədbir iştirakçılarına təzyiq göstərib. Hüquq müdafiəçisi həmçinin Almaniya fondlarının onunla əməkdaşlıqdan imtina etdiklərini və bu ölkənin Azərbaycandakı səfirliyinin ona münasibətinin dəyişdiyini demişdi. O, məsələ ilə bağlı Almaniyanın kansleri Angela Merkelə şikayət ünvanlayacağını bildirmişdi.
Mənbəmiz bildirib ki, Almaniyanın Azərbaycandakı səfiri H.Kvelle hakimiyyət və müxalifət nümayəndələri ilə əlaqə saxlayaraq ondan əl çəkməsi üçün E.Fətullayevə təsir göstərmələrini xahiş edir. Görünür, Fətullayev həqiqətən də Almaniya səfirliyi ilə bağlı vədinin üstündə duraraq cənab Kvelleyə ciddi problemlər yaradır.Olaylar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00