Prezidentlərin bəyanatı təsdiq olundu

Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimovun birgə bəyanatının təsdiq edilməsi haqqında qanun qüvvəyə minib.
"Qafqazinfo"nun məlumatına görə, qanunda deyilir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır :
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İ.Kərimovun 2012-ci il oktyabrın 12-də Bakı şəhərində imzalanmış Birgə Bəyanatı təsdiq edilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00