Spiker Oqtay Əsədov isə deyib ki, bu gün səhər “Azadlıq radiosu”nda Əkrəm Əylislinin verdiyi müsahibəyə qulaq asıb
Spiker: “Əkrəm Əilisli yiyələrindən tapşırıq alıb”
1 Fevral 2013 16:02 Siyasət"Adam Əkrəm Əylisinin romanına görə xəcalət çəkir. Qanı qanımızdan, canı canımızdan olan insan necə belə ola bilər?" Bunu deyən Milli Məclisin sədri Oktay Əsədovun sözlərinə görə, əgər bu insan əsəri 2006-cı ildə yazmışdısa, niyə indi çap olunur? "Məlumdur ki, bunun kökü çox dərinə gedib çıxır. Onun məqsədi nədir? Bundan da böyük ad qazanmaq istəyirdi? Sadəcə, yiyələrindən tapşırıqlar alıb. Nobel alsa belə, Azərbaycan xalqının nifrətindən qaça bilməyəcək. Bu Əkrəm Əylislinin bədii təxayülünün nəticəsidirsə, niyə Sumqayıt hadisələrini qələmə alır, amma ondan əvvəl Ermənistanda xeyli sayda uşağı borunun içərisinə doldurub qaynaq edilməsindən yazmır? Əgər onu dəstəkləyən varsa, onun da məzhəbi şübhəlidir".