Əkrəm Əylisli, səni əmin edirəm...
Bahar Muradova: “Qarabağda, Ermənistanda qətlə yetirilmiş, şəhid olmuş insanların ruhları səni rahat qoymayacaq”
1 Fevral 2013 16:00 Siyasət"Əkrəm Əylisli Azərbaycan xalqına xəyanət edib". Bunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradovanın sözlərinə görə, onun əsərində Azərbaycan vətəndaşlarına ayamalar qoyulur: "Biri dəliyə, biri qabana bənzədilir. Mətbuatda bu obrazların prototiplərini axtarırlar. Çox zəif, hər şeydən qorxan aktyor obrazı kimi əsərində göstərdiyi, elə onun özüdür. O, bu illər ərzində Azərbaycanda aktyor rolunu oynayıb. Bu dırnaqarası həqiqətlər arasında yaşadığın xalqdan özünü üstün tutmaq üçün lazımdır. Mən həmişə düşünürdüm ki, niyə Əkrəm Əylisli Azərbaycanda həqiqi qələm sahibi olmadığını söyləyib. Söyləyir ki, Əylis kəndində evlərdə ruhlar, cinlər gəzir. Əkrəm Əylisli, səni əmin edirəm, Qarabağda, Ermənistanda qətlə yetirilmiş, şəhid olmuş insanların ruhları səni rahat qoymayacaq".