“Serj Sərkisyanın seçilməsi Ermənistanı qarışdıracaq” - FİKİR

Elxan Şahinoğlu: “Paruyr Ayrikyana sui-qəsd onu göstərdi ki, seçkinin nəticələrindən sonra Ermənistanda ciddi etirazlar olacaq”

. Ermənistan prezidentliyinə namizəd, Milli Müqəddərat İttifaqı Partiyasının sədri Paruyr Ayrikyan küçədə güllələndi. Siyasi analitiklər hesab edirlər ki, bu müstəvidə Ermənistanda prezident Serj Sərkisyanla namizələr arasında kriminogen vəziyyət yaranıb. "2008-ci ilin prezident seçkilərinin nəticələrinə görə minlərlə erməni küçələrə tökülmüşdü, onlarla insan həlak oldu. Vaxtilə bu məsələlərə görə Ermənistanda parlament üzvləri gülləbaran edildi, indi də hakimiyyət tərəfindən namizədlərə qarşı sui-qəsdlər hazırlanır. Birini qətlə yetirmək istəyirlər, ikisi də aclıq aksiyası keçirir" deyən politoloq Elxan Şahinoğlunun sözlərinə görə bu cür hadisələr Ermənistanda hər seçkiqabağı  adi bir şey kimi qəbul edilir: "Proseslərin bu cür davam etməsi seçkilərdən qabaq Ermənistanda gərgin vəziyyətdən xəbər verir. Hal-hazırda iki qütb var ki, onlar arasında kəskin mübarizə gedir. Birinci qütbə aid olan Rusiya siyasi kursunu dəstəkləyənlərdir, ikincisində isə tək-tək siyasətçilərdir ki, onlar da Rusiyadan imtina edib, Qərbə inteqrasiyanın tərəfdarlarıdır. Paruyr Ayrikyan da vaxtilə ABŞ-da yaşayıb, o da Qərbə yaxınlaşmanı dəstəkləyir. Bu onu göstərir ki, seçkinin nəticələrindən sonra Ermənistanda ciddi etirazlar olacaq" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00