“Əkrəm Əylisli əylisli təxəllüsündən imtina etsin” - AÇIQLAMA
1 Fevral 2013 15:41 SiyasətAzərbaycan xalq yazıçısının belə bir roman yazması, xalqına, millətinə qarşı aşağılayıcı fikirlər işlətməsi heç bir məntiqə, vətəndaşlıq mövqeyinə sığmır". Bu fikirləri Beynəlxalq Diaspora Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli Əkrəm Əylislinin "Daş yuxular" romanına münasibət bildirərkən səsləndirib. BDM rəsmisi "OLAYLAR"-a deyib ki, bu Əkrəm Əylislinin öz millətini aşağılayan ilk əsəri deyil: "Əkrəm Əylislinin bundan əvvəl qələmə aldığı əsərlər və müəllifi olduğu kitablarda da Azərbaycan xalqını aşağılamaq xətti özünü açıq şəkildə göstərib. Bu günə qədər Əkrəm Əylisli xalqını tərif etmək, onu yüksəklərə qaldırmaq əvəzinə ancaq milləti təhqir edən yazılar yazıb". Samir Adıgözəlli deyib ki, bu adam hətta anadan olduğu Ordubad rayonunun Əylis kəndinin adının Ariks olması barədə cəfəng fikirlər ortaya atıb: "Ona görə də təklif edərdim ki, bu adam Əylisli soyadından imtina etsin. Əgər o, Əylislini Ariks kimi qəbul edirsə, o halda Ariks adını da özünə təxəllüs götürsün".