Millət vəkilindən sərt mövqe

Fuad Muradov: “Diplomatik nümayəndəliklərin başlıca vəzifəsi”

"Ölkədə fəaliyyət göstərən hər hansı bir dövlətin diplomatik nümayəndəliyinin başlıca vəzifəsi Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə yardım göstərməkdən ibarət olmalıdır". Bu fikirləri  millət vəkili Fuad Muradov ABŞ-ın ölkəmizdəki səfirliyinin Qəbələ və Göyçayda qarşıdurmaların olacağı barədə xəbərdarlığına, eləcə də səfir Morninqstarın İsmayıllı hadisələri ilə bağlı bəyanatına münasibət bildirərkən səsləndirib. Fuad Muradovun sözlərinə görə, heç bir halda görmək olmaz ki, Amerikada fəaliyyət göstərən hər hansı bir dövlətin səfirliyi orada baş verən hansısa hadisə ilə əlaqədar bəyanat səsləndirsin: "Diplomatik nümayəndəliklər iktərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində çalışmalıdırlar. Millət vəkili vurğulayıb ki, Azərbaycanda bundan sonra da heç bir narazılıq gözlənilmir: "Nə Göyçay, nə də Qəbələdə hansısa olayın baş verəcəyi mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00