ABŞ-ın Yaxın Şərqdə ən etibarlı müttəfiqi Azərbaycandır - Rüstəm Məmmədov
“ABŞ artıq Azərbaycanla bağlı məsələlərdə doğru məntiqə gəlib”
1 Fevral 2013 11:54 SiyasətABŞ soz zamanlarda Azərbaycanın mövcud problemlərinin həll edilməsi istiqamətində səylərini artırıb. Yaxın vaxtlarda Güney Azərbaycan və Dağlıq Qarabağ məsələsinin Konqresdə müzakirəyə çıxarılması gözlənilir. Məsələyə münasibət bildirən politoloq Rüstəm Məmmədovun sözlərinə görə ABŞ artıq Azərbaycanla bağlı məsələlərdə doğru məntiqə gəlib. Çünki, Azərbaycanın xarici siyasəti bu illər ərzində yüksələn xətt üzrə inkişaf edib. Təbii ki, bu prosesləri tənzimləmək üçün müasir ölçüdə müdrik ölçüdə məntiq lazım idi. ABŞ-da özü ilə bağlı bütün problemləri yerbəyer etdikdən sonra başa düşür ki, Yaxın Şərqdə onun ən etibarlı müttəfiqi Azərbaycandır" (OLAYLAR İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00