Əkrəm Əylisli Azərbaycan xalqına xəyanət edib - FİKİR
Cümşüd Nuriyev: “İstiqlal ordeni onun əlindən alınmalıdır”
31 Yanvar 2013 16:58 Siyasət"Əkrəm Əylisli Azərbaycan xalqına çox böyük bir xəyanət edib". Belə bir açıqlama ilə çıxış edən politoloq Cümşüd Nuriyev "OLAYLAR"-a deyib ki, o, Məhəmməd Peyğəmbəri lağa qoymaqla İslam dinini də təhqir edib: "Bu şərəfsiz, xəyanətkar tarixi faktları təkzib edir, açıq-aşkar ermənilərin təbliği ilə məşğul olur". Cümşüd Nuriyevin sözlərinə görə, yazıçı əsərdə Azərbaycanın tanınmış iki şəxsiyyəti, Xəlil Rza Ulutürk və Əbülfəz Elçibəyi təhqir edib: "Xəlil Rza Ulutürkü Xəlilullah Xəlilov kimi təqdim edən Əkrəm Əylisli onu ermənilərin düşməni kimi qələınə verib, kommunizmdən yazan şair kimi lağa qoyub. Həmçinin Əbülfəz Elçibəyi lağa qoyaraq yazıb ki, bu adam idealistdir, başdan xarab və pantürkist biridir". Cümşüd Nuriyev deyib ki, Əkrəm Əylisliyə verilmiş "İstiqlal" ordeni ona haramdır və əlindən alınmalıdır. Politoloq deyir ki, müdafiəsinə qalxan insanlar da milli satqınlardır: "Onu müdafiə edən Eldəniz Quliyev, Seymur Baycan kimi insanların da şərəfi yoxdur. Əkrən Əylisli talışları lağa qoyur, Eldəniz Quliyev isə onu müdafiə edir. Onu müdafiə edənlərin Azəri türkü olduğuna inanmıram. Bu Azərbaycana vurulan çox böyük bir zərbədir"