“Bir ailənin, millətin təssüfünü çəkmədən bəşəri dəyərlərin fövqündə dayanmaq gülünc doğurur”

"Əkrəm Əylislinin belə bir əsər yazmasını gözləmirdim". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a deyib ki, yazıçının əsərində ermənilərə rəğbət hissi özünü açıq şəkildə büruzə verir: "Bu azmış kimi əsərdə Azərbaycan milləti, xalqı aşağılanır, qaniçən, vəhşi millət kimi təqdim olunuruq". Əli Oruclunun sözlərinə görə,  indiyə qədər ermənilər tərəfindən başımıza gətirilən faciələrin müqabilində millətimizin qaniçən kimi təqdim olunması dəhşətlidir: "O, iddia edir ki, hadisələrin, millətlərin fövqündə durmaq istəyir. Hesab edirəm ki, bunlar baş qatmaq üçün deyilən sözlərdir. Bir ailənin, millətin təssüfünü çəkmədən bəşəri dəyərlərin fövqündə dayanmaq gülünc doğurur. İndiyə qədər əsərlərini sevə-sevə oxuduğum bir insanın belə bir əsər yazmasına təssüf edirəm". Əli Oruclu hesab edir ki, Əkrəm Əylisli Zori Balayanın "Ocaq" əsərinə cavab olaraq sanballı bir yazı ortaya qoysaydı daha yaxşı olardı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00