“Əkrəm Əylisli rus kəşfiyyatına işləyir” - Qabil Hüseynli
“Rusiyanın Azərbaycana qarşı çevrildiyi bir vaxt da bu əsərin ortaya çıxması təsadüfi deyil”
31 Yanvar 2013 16:17 SiyasətYazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanı ətrafındakı müzakirələr səngimək bilmir. Lakin, bütün tənqidlərə baxmayaraq Əylisli hələ də hələ də "Əkrəm Əylislinin Rusiyanın "Drujba Narodov" jurnalında nəşr edilmiş "Daş yuxular" romanını oxuyandan sonra bu qənaətə gəldim ki, həqiqətən də xalq Əylislini əbəs yerə tənqid etməyib. Əkrəm Əylisli isə özünə haqq qazandırmaq üçün deyir ki, sənət azaddır" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə Əkrəm Əylisli bu əsərində tamamilə siyasi məsuliyyətini itirmiş, mazaxizmə yuvarlanmış şəxs təsirini bağışlayır" ""Mənim nəğməkar bibim" kitabında o bibisinin ərinin elə qeyri-insani və Azərbaycan xalqına tamamən xas olmayan obrazını yaradır ki, düşünürsən ki, ilahi belə də insan obrazı doğrudanmı var? Əkrəmdə bu xalqı aşağılamaq və ancaq mənfi xüsusiyyətlərini qabartmaq şakərə çevrilib. Yazıçı erməni tarixini çox zəif bilir, ona görə də o heç də həqiqətə uyğun olmayan əsərlər sərsəmləyir. Bilirsə də qəsdən onu təhrif edir. Əkrəm Əylisli əsərində Ermənistandan gələn qaçqınlar haqqında çox istehzalı danışır və təhqir edir. Bu düşüncə tərzi Azərbaycan təfəkkürünə xas deyil. Bu adam hələ də başa düşmür ki, Azərbaycan xalqı təcavüzə uğrayıb, torpaqlarının 20 faizini itirib. Əkrəm Əylislinin mənəvi siması erroziyaya uğrayıb. Əsər Əylislinin qocalıq marağıdır. Belə olan adam yaddaşından da məhrum olur. Təəssüflər olsun ki, Ə.Əylisli sərsəm sayıqlamalara getməyi bacarır. Əylisli ona verilən titullardan imtina etməlidir. Ona xoşdirsa azərbaycanlılara qarşı yaradıcılğını başqa ölkələrdə davam etdirə bilər. Ona Azərbaycan vətəndaşı deməyə adamın dili gəlmir. Rusiyanın Azərbaycana qarşı çevrildiyi bir vaxt bu əsərin ortaya çıxması təsdüfi deyil. Onun Rusiya ilə əlaqələri var" ("OLAYLAR" İA)