Fransada qondarma erməni soyqırımına abidə ucaldılacaq VIDEO
Avropada fırıldaqçı kimi tanınan erməni əsilli senator bunun iki ölkə arasındakı münasibətləri möhkəmləndirəcəyini deyib
31 Yanvar 2013 16:14 SiyasətFransa hökuməti qondarma erməni soyqırımı iddialarını yenidən gündəmə gətirməyi düşünür. Məlum olub ki, ölkədə yaşayan erməni diasporunun təzyiqi ilə Fransada Avropada ilk dəfə olaraq qondarma soyqırımı abidəsi ucaldılacaq. Abidənin Osmanlı dövləti ilə müttəfiq ölkələrin müqavilə imzaladığı Sever adlanan ərazidə Samuel Morad kollecinin yerində inşaası nəzərdə tutulur. Tikintiyə nəzarət edəcək dərnəyin rəhbəri Lepyer Bezdikan bildirib ki, abidənin inşası 2015-ci ilədək başa çatacaq və layihə hökumət tərəfindən də dəstəklənir. Adı bir neçə maliyyə qalmaqalında hallanan və Avropada fırıldaqçı kimi tanınan erməni əsilli senator Filip Qaltenbax bildirib ki, layihə iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsi baxımından da cox vacibdir.