İlham Əliyev vətəndaşların mütləq əksəriyyətinin səsini qazanacaq - AÇIQLAMA

"Biz qəti şəkildə əminik ki, növbəti prezident seçkilərində YAP-ın namizədi, dövlət başçısı İlham Əliyev vətəndaşlarımızın mütləq əksəriyyətinin səslərini qazanacaq". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına YAP Sədrinin müavini Əli Əhmədov səsləndirib. Hakim partiyasının rəsmisi deyib ki, bu, bütün Azərbaycan xalqının mənafeyinə uyğundur: "Bu mənada YAP-ın istəkləri ilə bütün xalqımızın mənafeləri üst-üstə düşür. Çünki Prezident İlham Əliyev ötən 10 il ərzində Azərbaycanın sürətli və əzəmətli inkişafını təmin edə bildiyi kimi, növbəti 5 il ərzində də Azərbaycanın əzəmətli inkişafı davamlı olacaq. Belə olan halda, hər bir vətəndaşın, bütövlükdə xalqımızın istəyi ilə YAP-ın istəkləri tamamilə üst-üstə düşür".
Əli Əhmədov qeyd edib ki, bu amil qarşıdan gələn prezident seçkilərini təmin edəcək əsas, həlledici resursdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00