Çar Rusiyasının təəbəsi olmuş ölkə insanlarına Rusiya vətəndaşlığı veriləcək

Elxan Mehdiyev: “Kreml yenidən Çar Rusiyası dönəmindəki ərazilərin mənəvi sahibi olmağa çalışır”

Prezident Vladimir Putinin sərəncamı ilə Rusiyada yeni qanun layihəsi imzalanacaq. Qanuna əsasən Kreml Çar Rusiyası dönəmində imperiyanın təəbəsi olmuş ölkələrdə yaşayan insanlara Rusiya vətəndaşlığı verəcək. "Çox mürəkkəb bir məsələdir, çünki Çar Rusiyası dönəmində RF-nın ərazisi çox böyük idi. Polşa Baltikyanı ölkələrinə, Qafqaz ölkələrinə, Orta Asiya, Finlandiya və digər dövlətlərə yenidən Rusiya vətəndaşlığının verilməsi sual doğuran məsələdir" deyən politoloq Elxan Mehdiyevin sözlərinə görə Putinin bu qərarına post-sovet ölkələrindən can atanlar daha çox olacaq, nəinki Avropa dövlətləri, ümumuiyyətlə bununla maraqlanmayacaqlar: "Həm Ermənistan, həm də Gürcüstanda Rusiya ilə birləşməyin tərəfdarı olan insanlar çoxdur. Əsasən də ermənilər bunu çox həvəslə gözləyirlər. Azərbaycanda da müəyyən qədər insanlar var ki, Kremlin bu siyasətinə isti münasibət göstərirlər. Orta Asiya ölkələri də Kremlin bu qərarına müsbət yanaşacaq. Çünki, bu gün Orta Asiyadan Rusiyaya gedən insanlar orada vətəndaşlıqları olmadıqları üçün təzyiqlərə məruz qalırlar. Kreml bu siyasətlə yenidən Çar Rusiyası dönəmindəki ərazilər üzərində nüfuz qazanmaq və bu ərazilərin yenidən mənəvi sahibi, yiyəsi kimi özünü göstərmək istəyir. Həmin ölkələri RF-ya birləşdirməklə Kreml Rusiyanın nüfuz dairəsini genişləndirməyə çalışır. Həmçinin də Rusiyanın ərazisi böyükdür və əhalisi də azalmağa doğru gedir və RF daxilindəki demoqrafik situasiya Kremlin bu siyasətə getməsini tələb edir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00