Azərbaycan ABŞ-dan silah almaq imkanına malikdir - AÇIQLAMA
Qabil Hüseynli: “Azərbaycan yaxın müddətdə NATO-ya da üzv ola bilər ki, bu da Azərbaycanın müdafiəsini xeyli yaxşılaşdıracaq”
31 Yanvar 2013 15:40 SiyasətRusiya mətbuatının məlumatına görə əgər rəsmi Bakı Kremllə uzlaşma siyasətinə getməsə bunun nəticəsi Azərbaycan üçün heç də yaxşı olmayacaq. Siyasi analitiklər hesab edirlər ki, Rusiyanın Azərbaycana edəcəyi təzyiqlərdə əsas söz mövzusu rusların respublikaya silahlı müdaxiləsi və Azərbaycanda yaşayan rusdilli millətlərdən istifadə faktorları ola bilər. "Rusiya Azərbaycana qarşı təxribatların ideoloji-siyasi bazasınını yaradır. Ermənistan silahlandırılır və İrəvanda akademiya adı altında Rusiya Silahlı Qüvvələrinin filialı yaradılır. Rusiyanın Ermənistanda olan hərbi bazalarındakı şəxsi heyətin sayı artırılır. Eyni zamanda Şimali Qafqazdakı 62-ci ordu ən müasir silahlara təchiz edilir. Rus tankları Samur çayının sahillərinədək gətirilib" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə Rusiya Dağıstan və Azərbaycanda yaşayan milli azlıqlardan istifadə edərək "Sadval" tipli separatçı təşkilatlar da yarada bilər: "Rusiyanın Xəzər dənizindəki Hərbi Donanması ən yeni hərbi gəmilər və sualtı qayıqlarla təchiz edilib. Həmin gəmilərdən biri bu yaxınlarda Bakıya qədər gəlmişdi. Həmin gəmilər ballistik raketlərlə təchiz edilib. Rus mətbuatının məlumatına görə həmin raketlər 2000 km məsafədə bütün obyektləri dağıtmaq imkanına malikdir. Rusiya Azərbaycana qarşı təxribatlarda birinci yeri Ermənistana verir. Ermənistanın ordusunun yüksək döyüş hazırlığına gətirilməsi Rusiyanın Azərbaycana qarşı maraqlarına xidmət edir və pozulmuş paritetdə disbalans yaratmağa çalışır. Rusiya Qərbin Azərbaycandakı strateji maraqlarını nəzərə alaraq Qərb və Azərbaycanı şantaj etməyə yönəlik siyasət yeridir. Lakin, Rusiya heç zaman məqsədinə çata bilməyəcək. Rusiyanın regionadı özbaşınalığına imkan verməyəcəklər, çünki Rusiyadan da güclü qüvvələr mövcuddur. Azərbaycan Qərbin əsas enerji mənbəyidir, buna görə də Qərb Azərbaycana böyük miqdarda sərmayə yatırıb. Qərb Azərbaycanı kritik məqamda tək qoymayacaq və indiki məqamda da Rusiyanın bu əzələ nümayişinə təqkilər göstərilməkdədir. Amerika dövlət katibinin köməkçilərindən biri Bakıya gələrək Azərbaycan prezidenti İlham Əliyevlə görüşüblər və hərbi-siyasi əməkdaşlıq haqqında məsələri müzakirə ediblər. Bu istiqamətdə artıq işlər aparılır. Azərbaycan ABŞ-dan ən müasir silahlar almaq imkanına malikdir. Azərbaycan yaxın müddətdə NATO-ya da üzv ola bilər ki, bu da Azərbaycanın müdafiəsini xeyli yaxşılaşdıracaq" ("OLAYLAR" İA)