Rusiya qorxulu qüvvəyə çevrilir - SİYASİ ANALİZ
Moskvanın təhdid və bölücülük siyasəti bumeranq effekti verə bilər
31 Yanvar 2013 15:37 Siyasət1920-ci ildə müstəqil Azərbaycan Cümhuriyyəti şimaldan təhdid olunarkən AXC-nin mənəvi lideri Məmməd Əmin Rəsulzadə durumu obrazlı şəkildə belə təsvir etmişdi: "Başımızın üstündə Domokl qılıncı asılıb". Dünən doğum gününü qeyd etdiyimiz böyük öndər artıq güclənməyə başlamış bolşevik Rusiyasını nəzərdə tuturdu. 1917-ci ildə çarizmin devrilməsi ilə Rusiya xalqları azadlığa qovuşmuşdu. Moskvanın müstəqil dövlətlərə dözümü 2 il çəkmişdi. 1920-ci ilin qışından başlayaraq Baltikyanı, Qafqaz və digər keçmiş imperiya xalqlarının qurduğu dövlətlər təhdid olunmağa başlandı. 1991- ci ildə SSRİ-nin dağılması ilə azadlığa qovuşmuş respublikalar Rusiyadan çox pisliklər gördülər. Demokrat Seqor Qaydarın bir illik baş nazirliyi dönəmində keçmiş SSRİ respublikalarına tolerant yanaşma sərgiləndi. Boris Yeltsinin ikinci prezidentliyi dövründə vəziyyət dəyişdi. Rusiya hər addımda etnik münaqişələri qızışdırmağa, respublikaların müstəqil xarici siyasətinə, Avropaya inteqrasiya kursuna qarşı çıxmağa başladı. KQB yetirməsi Vladimir Putinin prezidentliyi dönəmində vəziyyət daha da dözülməz oldu. Son 5 ildə Putin hökuməti keçmiş Sovet respublikalarına qarşı daha aqressivdir. 2008-ci ildə Rusiya NATO-ya inteqrasiya kursunu davam etdirən Mixail Saakaşvilini cəzalandırmaq üçün Gürcüstanı ilhaq etmək fikrinə düşdü. Avropa dövlətlərinin prezidentləri hadisə yerinə gəlməsəydi, rus qoşunları bəlkə də Tiflisi də ələ keçirmişdi. Rusiyanın Özbəkistana təzyiqləri Daşkəndin MDB-yə alternativ görülən GUAM-dan çıxması ilə sonuclandı.
Rusiyanın Ukraynaya, Türkmənistana təzyiqləri zaman-zaman özünü göstərib. Ermənistan adlanan dövlət zatən Rusiyanın forpostudur. Rusiya hələ Əbülfəz Elçibəy hakimiyyəti dönəmindən Azərbaycana təzyiqlər edirdi. 90-cı illərdə Rusiya Dağlıq Qarabağda, Moskvaya bağlı qüvvələr isə Bakıda təxribatlara əl atır, ölkəni müstəqillik yolundan döndərməyə çalışırdılar. Azərbaycan bütün təzyiqlərə rəğmən öz yolunu, müstəqil xarici siyasətini davam etdirirdi. Yaxın Şərqdə baş verən ərəb inqilabları, Qərbin ərəb dövlətlərinə müdaxiləsi Çin, İran kimi dövlətlərlə müttəfiqliyi davam etdirən Putin hpkumətini daha da aqressivləşdirdi. Kremldə hesab edirdilər ki, Qərb dövlətləri ərəb inqilabları dalğası ilə ərəb ölkələrinə müdaxilə edrilərsə, Türkiyə, ABŞ Liviya və digər ərəb ölkələrində möhkəmlənirsə, Rusiya da keçmiş SSRİ məkanında möhkəmlənməlidir. Rusiyanın Şimali Qafqazdakı hərbi demarşları, azərbaycanlı milyarderləri təşkilatlandırması, Azərbaycanın şimalındakı etnik qrupları fəalaşdırması, Ermənistana verilən açıq dəstək onu deməyəy əsas verir ki, Moskva artıq Azərbaycanın və digər Qafqaz ölkələrinin müstəqlliyi üün təhlükəyə çevrilib. Bunu Gürcüstan prezidenti Mixail Saakaşvili də etiraf edib. Rusiyapərəst baş nazir Bidzina İvanişvilinin siyasətini tənqid edən prezident deyib ki, belə getsə, Gürcüstan müstəqilliyini itirəcək. Müstəqillikdən keçən 22 il ərzində sosial problemlər keçmiş SSRİ respublikalarının xalqlarında müstəqlliyə inamı zəiflədib. Amma bu, o demək deyil ki, bu xalqlar yenidən Rusiyaya sığınmağa hazırdırlar. Rusiyanın açıq kobudluğu, müdaxiləsi müstəqil dövlətlərdə narazılıq yaradacaq, güclü müqavimətlə qarşılağacaq. Rusiyanı kobud müdaxilə siyasəti bumeranq effekti verərək etnik münaqişəni "Şimal imperiyasının" öz daxilinə keçirə bilər.
Ərhun Abbas
lər. Demokrat Seqor Qaydarın bir illik baş nazirliyi d