İranda dini lider nədən dəyişmir? - AÇIQLAMA

Elçin Hatəmi: “Xubrəqan Məclisi yaltaq və itaətkar mollalardan ibarətdi”

İran, İslam Respublikası olsa da, bu ölkədə seçkili qurumlar o qədər də səlahiyyətli sayılmır. Məsələn, xalq 4 illiyə prezident seçsə də, o dövlət başçısı hesab olunmur. Dövlətin əsil başçısı Xubrəqan Məclisi tərəfindən seçilən ali dini liderdir. Maraqlıdır ki, 1979-cu ildə mütləq monarxı-şahı devirən İran xalqı respublika qursa da, bur quruluşun adı cümhuriyyətdir. Hakimiyyət seçki yolu ilə seçilməyən, müddətsiz və qeyri-məhdud səlahiyyətlərə malik dini liderin əlindədir. Hazırda İranın ali dini lideri ayətullah Seyidəli Xamneyidir. O, bu posta 80-ci illərdə seçilib. Hələ də öz postundadır və nə zaman gedəcəyi də bəlli deyil. Bəs onun əsas ideoloji gücü nədədir? Nədən Xamneyini dini liderlikdən uzaqlaşdırmaq mümkün olmur? Türkiyədə yaşayan güneyli politoloq Elçin Hatəminin fikrincə, İranda ali dini rəhbər də daxil olmaqla mollalar öz hakimiyyətlərini uzatmaqdan ötrü özlərini müqəddəsləşdirmək yolunu seçiblər: "İran islam respublikası yaranan bir gündən din alimləri kimi qeydə alınan mollalar ölkədə bir çox sahələri ələ keçirdilər. Bu mollalar İran hökumətinin keçmiş ali dini lideri Ruhulla Xomeyni başda olmaqla mollalığı müqəddəsləşdirməyə başladılar və bu məsələni zorla cəmiyyət içində yaymağa can atdılar. Xalq içərisində rejimin qəddarlığının qorxusundan kimsənin mollaları tənqid etməyə cəsarəti yoxdu. Yaranan bu avtoritar sistemdə müxalifətdə olan bir çox şəxslər, ziyalılar və başqa sosial qrupların üzvləri hakim mollaların qərarı ilə saxta ittihamlarla əksəriyyəti edama məhkum oldular və bir çoxu da həyatını uzun müddətli həbslərdə,  rejimin ağır işkəncələri altında keçirmək məcburiyyətində qaldılar. Bir çoxu canının təhlükəyə düşmə ehtimalını gördüyündən vətəni tərk edib sovet hökumətinə və qərb ölkələrinə sığınmaq məcburiyyətində qaldılar, Bəziləri yalandan tövbə edib normal həyatlarını davam etdirdilər". Elçin Hatəmi deyir ki, mollalarım müqəddəslik kultunu İran cəmiyyətinə qəbul etdirən inqilab lideri Xomeyni olub: "Ayətullah Xomeyniyə verilən "müqqəddəs və ilahi xarakter" İran konstitusiyasında yerləşdirildi. Konstutusiyada deyilir ki, şiələrin 12-ci imamı Mehdinin qeybdə olduğu zaman bütün yer üzünün hakimliyi Xomeyni başda olmaqla din alimlərinin, yəni mollaların üstünə düşür. Bu səbəbdən  bütün mollalar Xomeynini ətrafında toplaşıb və bu şəxsi yer üzündə allahın nümayəndəsi kimi təqdim etdilər və onun pərəstişkarı oldular. Ayətullah Xomeyninin qoca və xəstə olduğu üçün hökumətdə ona yaxın olan şəxslər ölkədə Xomeynidən sonra dini lider və onun davamçısının seçilməsi üçün qoca və mühafizəkar mollalardan təşkil olunan alimlər məclisi,  və ya Xibrəqan Məclisinin yaranması təklif olundu. Bu məclisin seçkilərinə namizəd olmağın ən mühüm və birinci şərti müctehidlik dərəcəsiydi. Molla və müctehid olmadan bu seçkilərə namizəd olmaq imkansızıdı. 7 dekabır 1982-ci ildə XM-yə ilk seçki keçirildi. İran konstitusiyasının 107-ci maddəsinə istinadən hər zaman ali dini lider müxtəlif səbəblərdən öz məsuliyyətini yerində yetirə bilməsə, ya da vəfat etsə zaman bu məclisin üzvləri yeni ali dini lideri seçməlidi". Maraqlıdır ki, bu qurum dini liderin fəalliyyətinə nəzarət etməyib, əksinə hər zaman dini lideri müxalifətdən qoruyub.  Çünki bu məclisin namizədlərinin səlahiyyəti dini lider tərəfindən təsdiqlənir: "Məsələn, bu günlərdə dini lider Seyidəli Xamneyinin əmri ilə konstitusiyaya nəzarət şurası Xamneyiyə yaxın olan mollaların səlahiyyətini təsdiqləmişdi. Məclis üzvləri də  Xamneyi tərəfindən mükafatlandırılsınlar deyə daim onu dəstəkləyiblər. Bu məclisin üzvləri tamamilə yaltaq və itaətkar mollalardan ibarətdi". İran Konstiusiyası da dini liderə böyük səlahiyyətlər verir. Güneyli ekspert hesab edir ki, Ana Yasanın dini liderlə bağlı maddələri mürtəcedir: "Konstitusiyanın 110-cı maddəsi ali dini liderin məsuliyyətləri və səlahiyyətləri barədədi. Bu maddəyə əsasən bütün dövlət orqanlarının və idarələrinin sədri dini liderdi və bu səlahiyyətidə ömrünün sonuna qədər daşıyır. Hazırda Xamneyi ölkədə hərbi və təhlükəsizlik qüvvələrin gücünə dayanaraq elə bir avtoritar vəziyyət yaradıb ki, məclisdə olan din alimlərinin bu şəxsin fəaliyyətinə nəzarət edə bilməsinlər. Əksinə, dini lider SEPAH və ETTELAAT vasitəsi ilə bu məclisə nəzarəti tam ələ keçirib. Xamneyinin rəhbərlik etdiyi mühafizəkarların ölkədə yaratdığı qorxu və dəhşət Xubrəqan Məclisini o hala gətirib ki, onun üzvü olan din alimləri dini liderə yaltaqlanırlar. Bu səbəbdəndir ki, qorxaq və itaətkar  alimlər məclisinin hazırda Xamneyini dəyişməyə gücü yoxdu və bu məclisə konstitusiyada verilən səlahiyyət  kağız üstündədir". Elçin Hatəminin fikrincə,  məclis üzvlərindən kimsə qanuna dayanaraq dini liderin işinə nəzarət etmək məsələsini ortaya atmağa cəhd edərsə,  o zaman hakimiyyət digər mollaların dəstəyi ilə və hərbi təhlükəsizlik qüvvələrin əli ilə onu rahatcasına məhv edər. Güneyli ekspert deyir ki, inqilab olmasa, dini lideri daxildən dəyişmək mümkün olmayacaq: "Əgər rejim dağılmasa, Xamneyi öz yaxınlarını və fanatlarını neftdən əldə edilən gəlirlərlə mükafatlandırmaqda davam edərsə,  o zaman ömrünün sonuna qədər ölkədə öz diktatorluğunu sürdürəcək. Dini liderin, hazırkı molla rejiminin devrilməsinin yeganə yolu inqilabdır. Xalq üsyan etsə, hazırkı rejimi qoruyub saxlamaq mümkün olmayacaq".

Hüseyn Meşkinli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00