“Tezliklə Ermənistan-Azərbaycan müharibəsi başlana bilər” - FİKİR

Rusiya mətbuatının məlumatına görə Azərbaycan Xocalı aeroportundan qalxan təyyarələri vurmaq imkanına malikdir və Azərbaycan tərəfi "Favorit" zenit raket sistemi nəticəsində bu prosesi asanlıqla həyata keçirə bilər. Bu zenit raket sistemi texniki xarakteristikasına görə, bütün Dağlıq Qarabağın hava məkanını nəzarətdə saxlamaq keyfiyyətinə sahibdir. "Bu barədə Azərbaycan tərəfin Rusiya ilə bağlı səsləndirdiyi fikirlər faktlara əsaslanır, çünki, məsələdə Rusiyanın qulaqları görünürdü. İndi isə tək qulaqları yox, Rusiya bütöv görünür. Nikolay Bordyujanın bəyanatı, Sergey Şoyqunun Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlər, Ramazan Abdullatipovun Dağıstana prezident təyin olunması, Rusiya mətbuatında gedən yazılar, xüsusilə "XXI əsr" jurnalının yazıları Azərbaycan ətrafında həlqənin daralması prosesləridir" deyən politoloq Ərəstun Oruclunun sözlərinə görə Rusiya çalışır ki, Azərbaycanı öz iradəsinə tabe etsin: "Bunun ən yaxşı yolu da Azərbaycanı ağır işə bulaşdırmaqdır. Bunun isə ən ağırı Xocalıdan qalxan mülki təyyarənin vurulması olacaq. Azərbaycan tərəfi bu qərara getməməlidir və qərar Azərbaycan tərəfindən veriləndən sonra Rusiya və Ermənistan bunu şişirtdilər. Bir növ Azərbaycanı dalana dirədilər və Azərbaycanı təyyarəni vurmaq məcburiyyətində qoydular. Bu artıq bir qürur məsələsinə çevrilib. Mülki təyyarənin vurulması ən gözlənilməz nəticələrə gətirib çıxaracaq, buna görə Dağlıq Qarabağdakı qondarma rejim tanına bilər.Qarabağa görə Rusiya bunu Azərbaycana təzyiq faktoru kimi istifadə edir. Ona görə də Rusiya mətbuatı Azərbaycanı mülki təyyarələri vurması üçün təhrikçi məlumatlar yayır. Azərbaycan indiki məqamda beynəlxalq ictimaiyyətin səylərindən istifadə edib Ermənistanı bu yoldan çəkindirməlidir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00