Azərbaycanda baş verən hadisələr təhlükə vəd etmir - FİKİR
Yevda Abramov: “Azərbaycanda baş verən prosesləri böyütmək lazım deyil”
30 Yanvar 2013 13:06 SiyasətSiyasi analitiklər RATİ üzvü Ramazan Abdullatipovun Dağıstanda prezident postuna gətirilməsi, Rüstəm İbrahimbəyovun insanları "El" hərəkatına səsləməsi fonunda Azərbaycanda təhlükəli vəziyyətin yaranmasını bildirirlər. Məsələyə münasibət bildirən millət vəkili Yevda Abramovun sözlərinə görə RATİ insanlar tərəfindən elə də ciddi təşkilat kimi qəbul edilmir: "Ona görə də onun səy və açıqlamalarına səthi yanaşılır. Təşkilatın Azərbaycanla bağlı pis niyyətinin olması inandırıcı deyil. Bütün dövlətlərdə seçki ilində bu tip hadisələr baş verir və arada baş verən xırdalıqları böyütmək lazım deyil. Hər şey xalqdan asılıdır" (OLAYLAR İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00