VHP sədri amerikalı diplomatla görüşüb

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ABŞ-ın Azərbaycandakı səfirliyinin birinci katibi Rocer Riqaudla görüşüb. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, görüşdə seçki ilində Azərbaycanda və bölgədəki vəziyyət, ictimai-siyasi proseslərdə Vətəndaş Həmrəyliyi Partiyasının mövqeyi müzakirə olunub. Sabir Rüstəmxanlı yenicə qayıtdığı Almaniya səfəri və Dünya Azərbaycanlıları Konqresinin fəaliyyəti, həmçinin Gülüstan müqaviləsinin 200 ilinin tamam olduğu bu ildə hələ də azərbaycanlıların bölünmüş xalq statusu almaması, Güney Azərbaycan, İraq türklərinin durumu haqqında ətraflı məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00