Azadlıq Hərəkatçıları Birliyi xalqı ayıq olmağa çağırdı

Azadlıq Hərəkatçıları Birliyi Azərbaycanda baş verən son olaylarla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, özlərini müxalifət adlandıran bir qrup şəxs küçələrə çıxmaq, lüzumsuz aksiyalar keçirməklə ölkədə xaos yaratmağa cəhd edir. Sirr deyil ki, bu qüvvələr ölkədəki korrupsiyaya qurşanmış, harınlamış ayri-ayrı mənurlar, eləcə də Azərbaycanın bütün sahədəki inkişafından əndişələnən xarici antiAzərbaycan qüvvələr tərəfindən idarə olunur: "Xüsusilə son vaxtlar ayrı-ayrı sahələrdə mövcud olan problemlərlə bağlı keçirilən etiraz aksiyalarını siyasiləşdirmək, ondan öz çirkin niyyətlərini reallaşdırmaq üçün istifadə etmək cəhdləri daha çox narahatçılıq doğurur. Azərbaycan demokratik, hüquqi dövlətdir və ölkədəki problemlərlə bağlı insanların qanunlar daxilində, azad şəkildə öz fikrini ifadə etməyə təşəbbüs göstərməsi tamamilə təbiidir. Lakin bu etirazlardan siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir. Azadlıq Hərəkatçıları Birliyi belə antimilli addımları pisləyir və xalqı ayıq olmağa, siyasi ambisiyaların qurbanına çevrilməməyə çağırır".    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00