Ağ Evin veb səhifəsində Xocalı soyqırımı ilə bağlı material yerləşdirilib

Amerikada yaşayan azərbaycanlılar prezident Barak Obama Administrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanıması məqsədilə Ağ Evin veb səhifəsində petisiya yerləşdirib. "OLAYLAR"-a verilən məlumata görə, Ağ Evin "Biz xalqıq" səhifəsində yerləşdirilmiş petisiyada deyilir ki, fevralın 26-da amerikalı azərbaycanlılar və ABŞ azərbaycanlıları şəbəkəsinin dostları 1990-cı illərdə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 21-ci ildönümünü qeyd edəcək. "Amerika azərbaycanlıları və bizim bu ölkədə və bütün dünyada dostlarımız adından faciəinin 21-ci ildönümü ərəfəsində Xocalı qətliamı və onun qurbanlarının anılması və prezidentin bəyanat verməsində bizə kömək etməyiniz üçün sizə müraciət edirik"-deyə petisiyada bildirilir. Qeyd edək ki, Ağ Evin vətəndaşları narahat edən məsələlərlə bağlı administrasiyaya müraciət edə bilməsi məqsədilə yaratdığı "Biz xalqıq"  səhifəsində yerləşdirilmiş petisiyanın nəzərdən keçirilməsi üçün ona 2013-cü il fevralın 25-ə qədər 99 mindən çox adamın imza atması lazımdır.  Amerika-Azərbaycan Şurası və PaxTurcica təşkilatı da Xocalı qətliamının tanınması səyləri çərçivəsində məktub kampaniyası keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00