Avropa Parlamentində Azərbaycanla bağlı tədbir keçiriləcək
29 Yanvar 2013 16:44 SiyasətBenilüks Azərbaycanlıları Konqresi Azərbaycanla bağlı həqiqətlərə dair bir çox tədbirlər keçirməyi planlaşdırır. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, bununla bağlı tədbirlər planı hazırlanıb və tədbirlər planına uyğun olaraq, BAK-ın təşəbbüsü ilə cari il aprelin 2-də Belçikanın paytaxtı Brüsseldə, Avropa parlamentinin binasında müxtəlif görüşlər keçiriləcək. Görüşlərdə Azərbaycan-Avropa İttifaqı əlaqələri, Avropa Parlamentinin 2012-ci il mayın 24-də ölkəmizlə bağlı qəbul etdiyi qətnamə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Cənubi Qafqazdakı vəziyyət və digər məsələlərə dair müzakirələr aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00