Gəncləri mənfi əməllərə sürükləmək istəyirlər - MİLLƏT VƏKİLİ
29 Yanvar 2013 16:12 Siyasət"Ölkəmizi istəməyən qüvvələr gənclərimizi müəyyən mənfi hadisələrin törədilməsinə sürükləyirlər. Amma gəncləri bu cür addımlardan çəkinməlidirlər". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyib ki, Azərbaycan gəncliyi heç bir zaman həmin qüvvələrin dövlətçiliyimizə qarşı yönəlmiş əməllərini dəstəkləmıəyəcək. Əli Əhmədovun sözlərinə görə, ölkədə gənclər üçün bütün ictimai siyasi şərait yaradıldığı üçün onlar öz işlərini həyata keçirə bilir, gələcəklərin parlaq şəkildə qururlar. Hakim partiyanın rəsmisi dövlətin və dövlət başçısının daim gənclərə diqqət və qayğı göstərdiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00