Azərbaycan Xankəndindən qalxan erməni təyyarələrini vuracaq - ŞƏRH
Əli Oruclu: “Bordyujanın açıqlaması Ermənistan və Azərbaycan arasında olan müharibə ehtimalını qızışdırır”
29 Yanvar 2013 16:05 SiyasətKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja Azərbaycan Nazirlər Kabinetinin ölkənin işğal olunmuş əraziləri üzərində qanunsuz uçuş keçirəcək təyyarələrin vurulması barədə qərarını interpretasiya, ya da uğursuz zarafat adlandırıb. Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə N.Bordyujanın açıqlaması Ermənistan və Azərbaycan arasında olan müharibə ehtimalını qızışdırır: "Baş katibin açıqlaması bir daha göstərdi ki, Rusiya Cənubi Qafqazda sülhün tərəfdarı deyil, əksinə prosesləri qızışdırır. O da sübut olundu ki, Ermənistanın Xankəndi aeroportuna görə Azərbaycana hədə gəlməsinin də arxasında rəsmi Moskva dayanır. Beynəlxalq normalara görə öz sərhədlərini qorumaq Azərbaycanın hüquqi haqqıdır. Belə olan təqdirdə də Azərbaycanın Xankəndindən qalxan hər hansı bir erməni təyyarəsini vuracaq. Bu qərardansa Ermənistanın Azərbaycanı zorla müharibəyə təhrik etməsi və ərazisinin 20%-nin işğal olunması faktının ifşa edilməsi istiqamətində addımların atılması daha yaxşı olar. Ermənistanı silahlandırması faktı bir daha onu göstərdi ki, Rusiya heç də beynəlxalq hüquq normalarına uyğun siyasət yürütməyə əsla maraqlı deyil" (OLAYLAR İA)