Rüstəm İbrahimbəyov müxalifətin məlum qanadını dəstəkləməyəcək

Elşən Manafov: “Ziyalılar Forumunun Azərbaycan hakimiyyətinə münasibətini hüquqi müstəvidə davam etdirməsi qanunauyğun olardı”

Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyov elan etməsinə baxmayaraq hələ də "El" hərəkatının formatını müəyyən etməyib. Hərəkatın ya Milli Şura, ya siyasi partiya, ya da ki, siyasi təşkilat formasına keçiriləcəyi bildirilir. Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə Rüstəm İbrahimbəyovun konkret hansı addımlar atacağı proqnozunu əvvəlcədən vermək çətindir: "Bütün hallarda isə bu İbrahimbəyovun Konstitusiya ilə təsdiq edilmiş hüququdur. YAP-ın İcra Katibi Əli Əhmədov da bu barədə öz mövqeyini bildirib. Rüstəm İbrahimbəyov təkcə Azərbaycanın yox, bütün dünyanın tanınmış xadimlərindən biridir. Onun hər halda Azərbaycanda mövcud olaylarla bağlı sərgilədiyi mövqeyə münasibət sərgiləmək düzgün deyil. Ziyalılar Forumunda isə vaxtilə Azərbaycan parlamentində təmsil olunmuş insanlar var. Onlardan biri Cəmil Həsənlidir, Azərbaycan parlamentinin üzvü olub. Eldar Namazov eks-prezident Heydər Əliyevin köməkçisi vəzifəsini icra edib. Ziyalılar Forumu üzvlərinin Azərbaycan hakimiyyətinə münasibəti hüquqi müstəvidə davam etdirilməsi qanunauyğun olardı. Amma, o Forumun perspektivdə Azərbaycan müxalifətinin məlum qanadını dəstəkləyəcəyi inandırıcı deyil. Çox güman ki, ziyalıların prezident seçkilərinə öz namizədi olacaq və o ziyalılar arasından seçiləcək. Ümumilikdə isə Rüstəm İbrahimbəyovun "El" hərəkatı ilə bağlı hansı formatı seçməsi barədə fikir demək mövqeyində deyiləm" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00