Azərbaycanla konflikt R.Abdulatipovun maraqlarına cavab vermir - MÖVQE
Elxan Şahinoğlu: “Kreml Ramazan Abdulatipovu Azərbaycana qarşı müəyyən problemlərə yol açmaq məcburiyyətində qoya bilər”
29 Yanvar 2013 12:24 SiyasətRusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) Koordinasiya Şurasının üzvü Ramazan Abdulatipov Dağıstanın prezidenti vəzifəsini icra edəcək. Qeyd edək ki, Abdulatipov istefaya göndərilmiş Maqomedsalam Maqomedovu əvəzləyib. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə R.Abdulatipovun Dağıstan prezidenti vəzifəsinə təyin edilməsinin Azərbaycanın əleyhinə olması o qədər də inandırıcı deyil: "Abdulatipov çox təcrübəli siyasətçidir, hələ SSRİ dönəmindən deputatdır, Dağıstanda da böyük nüfuza malikdir. Düzfür, onun RATİ-də yer alması, Azərbaycan hakimiyyəti ilə problemləri olan, "AzerRos"un keçmiş prezidenti Söyün Sadıqovla bir təşkilatda yer alması müəyyən ehtimalları doğurur ki, Abdulatipov Azərbaycana qarşı müəyyən problemlərə yol aça bilər. Nəzərə alsaq ki, Dağıstan Azərbaycanla sərhəd bölgədir və Azərbaycan hakimiyyəti ilə yaranacaq konflikt Abdulatipovun maraqlarına cavab verə bilməz. Əgər Kreml Azərbaycana qarşı aqressiv siyasət formalaşdırsa Abdulatipov da Azərbaycana qarşı addım atmaq məcburiyyətində qalacaq" ("OLAYLAR" İA )