Gürcüstan müstəqilliyini itirə bilər - FİKİR
Cümşüd Nuriyev: “Saakaşvili İvanişvilinin qarşısını ala bilməyəcək”
29 Yanvar 2013 12:17 Siyasət"Gürcüstan dövlətçiliyi məhvə doğru gedirsə, susmaq niyyətində deyiləm. Bildiyiniz kimi, həbsxanadan çox təhlükəli cinayətkar olan Çaxalyan azad edilib. Bizə hücumlar olub ki, bəs, əgər o, dövlət üçün təhlükəli cinayətkar idisə, nə üçün onu separatçı kimi mühakimə etmədiniz?". Bu barədə gürcü mətbuatına açıqlamasında prezident Mixail Saakaşvili deyib. "İvanişvili Gürcüstanı kifayət qədər Rusiyaya yaxınlaşdırıb və Kremlin bütün planlarını həyata keçirmək üzrədir" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə Çalxanyanın azadlığa buraxılması Gürcüstanın bölünməsi üçün həyata keçirilən layihələrindən biridir: "Saakaşvili də dövlət başçısı kimi bunu görməyə bilməz. Hal-hazırda ölkədə vəziyyət elədir ki, Gürcüstan müstəqilliyini itirə bilər. Amma, Saakaşvilinin İvanişviliyə nəsə edəcəyi inandırıcı görünmür. Qərb və ABŞ Saakaşvilini satdı və bu siyasi satqınlıq Gürcüstanın dövlət müstəqilliyini sual altında qoyur. Bakı-Tiflis-Qars dəmiryol layihəsi, Bakı-Ərzurum-Qars qaz kəməri və Azərbaycanın digər translayihələri təhlükə altına düşə bilər. Vəziyyət bu cür davam eləsə Gürcüstan Azərbaycan üçün keçilməz maneəyə çevriləcək. Baxmayaraq ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaqla bu maneəni yumşaltmağa çalışır, amma çətin olacaq. Artıq Azərbaycana qonşu olan bütün dövlətlər Azərbaycanı şantajlara, təxribatlara cəlb etmək üzrədirlər. Buna görə Azərbaycan Saakaşviliyə kömək etməlidir. Azərbaycan Borçalı faktorundan istifadə edərək Saakaşvilini meydanda tək qoymamalıdır" ("OLAYLAR" İA)