Nazir Elmar Məmmədyarov Fransa Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Jan Pol Ortiz ilə görüşüb

Cari ilin 28 yanvar tarixində Fransa Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Fransa Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Jan Pol Ortiz ilə görüşmüşdür.
Görüş zamanı Azərbaycan ilə Fransa arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə edilmiş, Ermənistan - Azərbaycan münaqişəsi və münaqişənin sülh yolu ilə həlli prosesi, həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00