Elmar Vəliyevin oğlu danışdı: icra başçısının vəziyyəti necədir?

"Atamın səhhəti yaxşıdır, tezliklə daha yaxşı olacaq. O ki qaldı atamın Gəncədə polis zabitlərinin öldürülməsi olayından xəbərinin olub-olmamasına, bu haqda mən heç nə danışmaq istəmirəm. Özü gələr, medianın da suallarına cavab verər".

Bu sözləri Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev -nun atasının şəhərdə polis zabitlərinin güllələnməsi olayından xəbərdar olub-olmaması, həmçinin bu olaya münasibətinə dair sualına cavabında deyib.

gununsesi.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31