Ermənistanda hərbi xidmətdən imtinaya görə 60 gənc həbs edilib

Səməd Seyidov : “Ştrasser isə buna cavab olaraq bildirdi ki, “mən bu məsələyə baxmıram”

"Avropa Şurası, onun Parlament Assambleyası və digər strukturlarında insan haqlarının durumu ilə bağlı məsələnin müzakirəsi bizim də marağımızdadır, biz özümüz də bu məsələdə maraqlıyıqə onu tələb edirik". Bunu deyən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə, bu gün Avropanın bütün ölkələrində insan hüquqlarının pozulması ilə bağlı ciddi, narahatedici faktlat ortadadır. "Bu gün Fransada, Almaniyada baş verən hadisələri görəndə adamı dəhşət bürüyür. Eyni zamanda, bu kimi narahatedici məqamlara Avropanın digər ölkələrində də rast gəlmək mümkündür. Məsələn, AŞPA-nın qış sessiyası çərçivəsində Ermənistanda hərbi xidmətdən imtina edən "Yehova şahidləri" dini təriqətinin üzvlərinin həbsdə olması məsələsi konkret faktlarla nümayəndə heyətimizin üzvləri tərəfindən qaldırıldı. Bu məsələ Cənubi Qafqaz üzrə məruzəçi Kristofer Ştrasserin və digər anti-Azərbaycan qüvvələrin nəzərinə də çatdırıldı. Təqdim edilən faktlar arasında ümumilikdə hərbi xidmətdən imtinaya görə Ermənistanda hazırda 60 gəncin həbsdə olması faktı da var. Ştrasser isə buna cavab olaraq bildirdi ki, "mən bu məsələyə baxmıram". Hərçənd ki, Ermənistandakı məsələlər də onun səlahiyyətindədir. Ancaq bununla belə, biz Azərbaycan tərəfi olaraq, Avropa Şurasında insan hüquqlarının müzakirə olunmasında maraqlıyıq və bunu tərəfimizdən tələb edirik, bundan sonra da tələb edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00