Bidzina İvanişvilinin bütün səyləri nəticəsiz qalacaq - AÇIQLAMA
Elçin Mirzəbəyli: “İvanişvilinin son vaxlardakı bəyanat və tapşırıqları Rusiyanın diktəsilə həyata keçirilir”
28 Yanvar 2013 17:34 SiyasətGürcüstanın baş naziri Bidzina İvanişvilinin tapşırığı ilə Cavaxetiyadakı separatçı hərəkatın lideri, erməni Vaaqn Çaxalyan azadlığa buraxılıb. Məsələyə münasibət bildirən prezident Mixail Saakaşvilinin sözlərinə görə Çaxalyanın azadlığa buraxılması Rusiyanın istəyilə baş tutub və əsas məqsəd də Bakı-Tiflis-Qars dəmiryolunun tikintisini dayandırmaqdır. "Bidzina İvanişvilinin rusmeyilli siyasətçi olduğu bəllidir" deyən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə seçkilərdən qabaq NATO və Qərbə ünvanlanmış bəzi manipuliyativ bəyanatlar versə də sonrakı dövrlərdə atdığı addımlarla sübuta yetirdi ki, İvanişvili Rusiyanın maraqlarındam çıxış edir: "Bu yaxınlarda Tiflisdə Ermənistan, Rusiya və Gürcüstandan olan işadamlarının Forumunun keçirilməsi planlaşdırılır. Rusiya-Gürcüstan münasibətlərinin istiləşməsi fonunda bu böyük əhəmiyyətə malikdir. İvanişvilinin son vaxlardakı bəyanat və tapşırıqları Rusiyanın diktəsilə həyata keçirilir. Burada İvanişvilinin erməni sevgisindən söhbət gedə bilməz. İvanişviliyə kimi həbsdən azad edilməyi deyiblərsə onu da buraxıb, hansı bəyanatı verməyi tapşırıblarsa onu da edib. Bunlara baxmayaraq Rusiya özünün keçmiş addımlarından geri çəkilməyəcək. Abxaziya və Cənubi Osetiyanının müstəqiliyinin tanınmasından imtina etməsi Rusiyanın bütövlükdə nüfuzuna zərbə endirəcək. Rusiya da bu addımı atmayacaq. Son anda da İvanişvilinin bütün səyləri bir nəticə verməyəcək. Bidzina keçid dövrünün siyasətçisidir və onun iflasa uğraması ilə Rusiya faktı da tənəzzül edəcək" (OLAYLAR İA)