Dağıstan və Çeçenistanda yeni müharibə qızışa bilər
Qabil Hüseynli: “Putinin yeni strategiyası Rusiyada etnik azlıqları ayağa qaldıracaq”
28 Yanvar 2013 17:32 SiyasətRusiya prezidenti Vladimir Putin Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovu vaxtından əvvəl istefaya göndərərək RF Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilib. Siyasi analitiklər hesab edirlər ki, Putin bununla manever edərək Dağıstanda hakimiyyətə qarşı başlayacaq etnik qarşıdurmaların qarşısını almağa çalışır. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin sözlərinə görə Putinin bu taktikasında bəzi gizli məqamlar əks olunur: "Əslində Putin Maqomedova heç bir səlahiyyət verməyib, az müddətdən sonra Kreml onu yeni vəzifəsindən də kənarlaşdıracaq. Maqomedova yeni vəzifənin verilməsi Rusiya daxilindəki etnik azlıqlara qarşı edilən manevrdir. Bu amil də ciddi etirazlara səbəb olacaq və etnik azlıqlar biləcəklər ki, bu sırf milli zəmində həyata keçirilib. Dağıstan və Çeçenistanda baş verən proseslər səngiməyəcək, əksinə daha da qızışacaq" ("OLAYLAR" İA)