ABŞ Konqresinin nümayəndə heyəti YAP-da olub

ABŞ konqresmenlərinin qərargah rəhbərlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Yeni Azərbaycan Partiyasında görüş keçirilib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ münasibətlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, hər iki dövlət arasında əlaqələr yüksələn xətt üzvə inkişaf edir. Azərbaycanla ABŞ arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlər mövcuddur. Eyni zamanda, dövlətlərimizin anti-terror koalisiyası çərçivəsində fəal əməkdaşlıq etməsi xüsusilə yüksək qiymətləndirilib. Görüşdə həmçinin, parlamentlərarası əlaqələrin genişləndirilməsinin də zəruriliyi qeyd edilib. Azərbaycana səfər etmələrindən məmnunluğunu ifadə edən qonaqlar ölkəmizdəki seçki sistemi, siyasi partiyaların fəaliyyəti, parlamentdə siyasi partiyaların təmsilçiliyi, YAP-ın ideoloji-siyasi xətti ilə ilə maraqlanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00