Müxalifətin aksiyası uşaq oyunu idi - AÇIQLAMA

"Yanvarın 26-da bir qrup müxalifətçinin hərəkətini heç bir halda aksiya adlandırmaq olmaz. Bu, uşaq oyunundan başqa bir şeyd deyildi". "OLAYLAR"-ın xəbərinə görə,  bu fikirləri yap.org.az saytına partiyanın icra katibinin müavini Siyavuş Novruzov səsləndirib. Bildirib ki, bu cür əməllərlə müxalifət düşərgəsi özünü yenə də biabır edir: "Orada cəmləşən azsaylı adamlar müxalifət partiyaları rəhbərlərinin ailə üzvləri və yaxın qohumları olublar. Bəzi qəzetlərdə yazırlar ki, guya möhtəşəm aksiya keçiriblər. Mən həmin hadisələri müşahidə elədim və orada heç bir möhtəşəmlik görmədim. Möhtəşəm aksiya bu olar ki, həmin tədbirdə minlərlə adam iştirak etsin. Amma şənbə günü biz cəmi 20-30 nəfər uşağın və uşaq xasiyyətində adamların küçələrdə ora-bura qaçdığını müşahidə etdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00