Azay Quliyev: "Vəzifəli şəxsin imzatoplama kampaniyasıyla vəzifədən azad edilməsi praktikası yoxdur"
28 Yanvar 2013 16:27 SiyasətEhtiyatda Olan Zabitlər Birliyi Müdafiə Nazirliyi rəhbərliyinin idarəetməsinə etiraz olaraq, imzatoplama kampaniyasına başlayıb. Birliyinin rəhbəri Yaşar Cəfərlinin sözlərinə görə, nazirliyin idarəçiliyinin yaratdığı vəziyyət barədə dövlət başçısına, baş prokurora, MTN-ə, ombudsmana və digər 9 ünvana müraciət hazırlanıb.
Milli Məclisin "Hüquq Siyasəti və Dövlət Quruculuğu" Komitəsinin üzvü Azay Quliyev Publika.Az-a açıqlamasında bildirib ki, vəzifəli şəxsi hansısa imzatoplama kampaniyasına görə vəzifədən azad edilməsi praktikası yoxdur: "Bu, yalnız cənab Prezidentin səlahiyyətində olan məsələdir. O, istədiyi şəxsi vəsizəfə təyin və azad edə bilər. İndiyə qədər imzatoplama kampaniyası nəticəsnidə kiminsə vəzifədən azad olunduğunu xatırlamıram. Bu cür kampaniyalar məqbul satıla bilməz. Ona görə ki, bu, ciddi nizam-intizamsızlığa, siyasi böhrana, xaosa gətirib, çıxarar. Kimin kimdən xoşu gəlmirsə, onun əlehinə bir qrup yaradıb, kampaniya başladıb, vəzifədən getməsinə nail ola bilər. Bu halda dövlət strukturları iflic vəziyyətinə düşər. Hesab edirəm ki, nəyəsə etiraz etmək, razılaşmamaq vətəndaşın hüququdur. Qanun bunu qadağan etmir. Amma bu işdə məsuliyyətli olmaq lazımdır. Eyni zamanda hüququ baxımdan da bu işin nəticəsi yoxdur".