Mübariz Əhmədoğlu: "Prezident İlham Əliyev mümkün olan ən doğru addımları atır"
9 İyul 2018 18:08 Siyasət"Ermənistanda korrupsiyaya qarşı aparılan mübarizə daha çox şou xarakterlidir. General Manvel Qriqoryanın ifşasında Paşinyan məktəblilərin məktubunun məzmununu oxumaqla daha çox emosional qatı gücləndirdi".
Bu fikirləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu dünən jurnalistlər üçün keçiridiyi ənənəvi aylıq mətbuat konfransında səsləndirib.
Ermənistanda gedən proseslərin yaxşı heç nə vəd etmədiyini söyləyən politoloq bildirib ki, koorupsiyaya qarşı mübarizə sosial vəziyyəti daha da ağırlaşdırır: "Ticarət şəbəkələrində aparılan yoxlamalar qiymətin artması ilə nəticələndi. Bütün ay ərzində korrupsiyaya qarşı aparılan mübarizə nəticəsində cəmi 18 milyard dram, başqa sözlə, 35 milyon dollar vəsait aşkarlanıb. Hələ bunun hamısının da büdcəyə köçürüləcəyi şübhə doğurur. Ermənistanın xarici siyasətində ən çox prioritet verilən ölkə Rusiyadır. İran isə özünü Ermənistana sırımaq istəyir. Qərb strukturları ilə münasibətlər demək olar ki, başlanmayıb. Avropa İttifaqı Ermənistanla tərəfdaşlıq proqramını müvəqqəti olaraq, 80 faiz işə saldı. Ölkədə kriminal hadisələr görünməmiş dərəcədə artıb. Paşinyanın hərbi xidmətdən yayınanların ölkəyə qayıtması barədə müraciəti cavabsız qaldı. Heç kəs onun çağırışına cavab vermədi".
Ötən ayın geosiaysi proseslərinə toxunan politoloqun sözlərinə görə, beynəlxalq aləmdə diqqət çəkən əsas hadisələrdən biri Rusiya-ABŞ münasibətləridir. Onun sözlərinə görə, Rusiya-ABŞ münasibətlərində baş verən dəyişikliklər davamlı xarakterə malikdir: "Donald Tramp ay ərzində Krımın Rusiyaya məxsusluğu fikrini sloqana çevirdi. Bir neçə dəfə də Rusiyanın G-7-yə qayıtması mövzusunu gündəliyə gətirdi. Trampın Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdləri ötəri deyil. Çünki Tramp Putini əzə bilmədi. Qarşıdakı 6 ildə Putin Trampın etdiklərinin əvəzini Trampdan sonrakı prezidentdən çıxa bilər. Putin prezident seçilməsəydi, Tramp bəlkə də əvvəlki siyasəti aparardı".
M. Əhmədoğlu vurğulayıb ki, Azərbaycanın mövcud geosiyasi proseslər fonunda tutduğu yol düzgün yoldur. Prezident İlham Əliyev mümkün olan ən doğru addımları atır.
//ikisahil.az/