AŞPA-nın bülletenində Azərbaycanla bağlı məlumat yer alıb
28 Yanvar 2013 15:41 SiyasətAvropa Şurası Parlament Assambleyasının (AŞPA) "Uşaqlara qarşı zorakılıqla mübarizə" proqramına dair həmin qurum tərəfindən çap olunmuş bülletenlərdə "One in Five" ("hər beşindən biri") kampaniyası çərçivəsində Azərbaycanda görülən işlər haqda məlumat əksini tapıb. Bu barədə məlumat verən millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü və "Uşaqrlara qarşı zorakılıqla mübarizə" proqramın Azərbaycandakı əlaqələndiricisi Sevinc Fətəliyevanın sözlərinə görə, 2012-ci ildə ölkəmizdə bu sahə üzrə müxtəlif tədbirlər keçirilib. Bülletendə qeyd olunur ki, bu sahəyə diqqətin artırılması və QHT ilə işlərin gücləndirilməsi məqsədi ilə MM-də "Uşaqlara qarşı zorakılıqla mübarizədə Parlamentin və QHT -nın rolu" mövzusunda dəyirmi masa keçirilib. Kampaniyanın işinə cəlb edilmiş ekspert xanım Qalina Hanzelmanın və Daxili İşlər Nazirliyinin bu sahə üzrə mütəxəssislərinin iştirakı ilə keçirilən görüşlər və Bakı şəhərinin rayonlarında çalışan məktəb psixoloqları ilə aparılan treninq kurslar məhz 2012-ci ildə keçirilən tədbirlər siyahısındandır.